ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

История Логотипа


resource_2814

 

Slavia Loqotip (1895 – 1905)
Mlada-Boleslav şəhərində istehsal olunan velosipedlər və motosikletlər Slavia adı altında istehsal olunurdular. Loqotipdə çarx və cökə ağacının yarpağı təsviri slovyan xalqlarını simvolizə edirdi.Sonradan loqotipə şirkətin təsisçilərinin adları (Laurin & Klement) əlavə edildi. Bu isə yeni loqotipin əsas elementlərinə çevrildi.

resource_2829

 

Škoda Loqotipi (1905 – 1925)
L&K loqotipinin dizaynı 20-ci əsrin bədii üslublarından birinin təsiri nəticəsində əlaqədar olaraq yaranmışdır.Şirkətin təsisçilərinin baş hərfləri dəfnə yarpağının əklili ilə əhatə olunmuş formada təsvir olunmuşdur. (çox güman ki Václav Laurin, ingilis dilində oxunuşda (laurel) və latınca (laurus nobilis) bitki növünün adi ilə bağlıdır. Hansı ki, antik dövrdən şöhrət və qalib mənasını ifadə edirdi. Bu səbəbdən dəfnə yarpağının təsviri L&K şirkətinin gələcəkdəki uğurunu proqnozlaşdırmışdı.

resource_2830

 

Škoda Loqotipi (1926-1933)
1926-cı ildən etibarən, Mlada-Boleslav şəhərində yerləşən zavodda istehsal olunan avtomobillər Skoda loqotipi adı altında istehsal olunurdular. Ticarət nişanının radikal dəyişikliyinə baxmayaraq, yeni şirkətin loqotipi özünün quruluşunda, əvvəlki loqotip arasındakı əlaqəni əks etdirirdi.. Škoda loqotipi tam yeniləndirilmiş quruluşa sahib oldu.Ticarət nişanının adı isə yenə də əsas rolda çıxış etməyə davam edirdi.Bu loqotipdən əvvəlki loqotipda olduğu kimi şirkətin adı dəfnə yarpağları ilə əhatə olunmuşdu.

resource_2831

 

Škoda Loqotipi (1926-1990)
Məşhur olan «qanadlı ox» loqotipi ilk dəfə olaraq 1926-cı ildən etibarən istifadə olunmağa başlandı. Bu loqotipin yaranması sirrli olaraq qalır. Bəzən rəsmin (5 lələkli hindlinin baş nahiyəsinin sxematik rəsmi) müəllifi Škoda Plzeň şirkətinin satış meneceri olan T. Maqliç hesab olunur. Dairəvi ağ-göy rəngli, sağ tərəfə uçan qanadlı ox indiki zamanda da Škoda şirkətinin bir sıra orijinal ehtiyyat hissələrinin üzərində (şüşələrində,mühərrik detallarında və s.) istifadə olunur.

resource_2832

 

Škoda Loqotipi (с 1999 г.)
Škoda loqotipi dünyada ən qeyri-adi və üslub baxımından dəyişilməyə az məruz qalan loqotiplərdən sayılmasına baxmayaraq bu loqotipin müəllifi naməlum olaraq qalır. Qara-yaşıl loqotip 1994-cü ildən etibarən istifadə olunmağa başlanmışdır. Bu loqotip Škoda brendinə orijinallıq təsiri bağışlayır:qara rəng əsrlər boyu davam edən ənənəni, yaşıl rəng isə - ətraf mühitə zarərsiz istehsal mənasını ifadə edir.

resource_7325

 

Yeni Loqotip: yeni, dinamik və ifadəli

ŠKODA şirkəti Jenevada yeni loqotipin təntənəli nümayişini keçirtdi. Yeni dəyişikliklər əsasən loqotipin əsas hissəsinə edilmişdir: qanadlı ox ,hansı ki yeni üslub nəticəsində daha da ölçü və görünüş baxımından böyük olmuşdur. Qanadlı oxun rəng çaları "təbii yaşıl" rəngindən tam yeni, parlaq " ŠKODA Green" rəngi ilə əvəz edilmişdir. Loqotipin xarici kənarı isə, xrom rəngi ilə haşiyələnmişdir. Qanadlı oxu əhatə etmiş əvvəlki qara rəngli haşiyə, sadə xrom rəngini almış və oxdan bir qədər aralıda yerləşmişdir. Bununlada ozündə sərbəstlik və böyük əzm hissini əks etdirmiş olur. Daha haşiyənin daxilində "ŠKODA AUTO" yazısı öz əksini tapmayacaq; indi "ŠKODA" yazısı daha qabarıq olub və loqotip uzərində mərkəz hissədə yerləşdirilmişdir. Yeni rənglər,yeni proporsiyalar və elementlərin yerləşirilməsindəki olan dəyişiklik özündə sərbəstlik və əzm hisslərini ifadə edir.