ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

История ŠKODA


 1895-1

1895-2

1895-1900

Skoda tarixinin başlanğıc nöqtəsi 1895-ci ilin sonu hesab olunur. Katolik milad bayramı ərəfəsində Mlada-Boleslav adlı kiçik Çex şəhərinin iki sakini- mexanik Vatslav Laurin və mühasib Vatslav Klement – qərara gəldilər ki , velosiped istehsal edən şirkət yaratsınlar. Bu fikir təsadüfi olmamışdır:birincisi, ikitəkərli nəqliyyat vasitəsi o dövrlar üçün avropada çox məşhur idi , ikincisi, iki çex milli velosiped klubunun aktiv və həvəsli üzvləri idilər. Yeni yaradılmış şirkət slaviya adını aldı.

Ilk iki ildə şirkətin fəaliyyəti müddətində Slaviya markası adı altinda 5 model velosiped buraxılmışdır. Laurin ve Klement çalışırdılar ki öz məhsullarını bazarda bütün seqmentdə təqdim etsinlər – onlar tərəfindən yarımsport və qadın velosipedləri ixtira edilmiş və satışa buraxılmışdır.Demək olar ki yeni ikitəkərli nəqliyyat vasitasinin istehsalı tələbat yüksək idi, və bundan sonra Slaviya şirkətinin sahibləri bütün velosipedlərə iki illik zəmanət təklif edəndən sonra Mlada-Boleslav şirkətində istehsal olunan velosipedlərə olan təlabat dəfələrlə artdı.

Hadisələrin belə gedişi Laurin və Klementi şirkətin daha da genişləndirməsinə təkan verməyə bilməzdi. Bu dövrdə dünyada geniş ictimai kütlə üçün nəqliyyat vasitəsi yaratmaq fikri aktiv inkişaf edirdi, hansi ki hərəkətə mexaniki səylə yox yanacaq mühərriki ilə hərəkətə gəlsin. Təşəbbüskar Çexlər başa düşürdülər ki gələcək belə avtomobillərə məxsusdur və buna görə artıq 1899 cu ildə ilk yeni motosiklet buraxılmağa başlanıldı.

Əlbəttə Laurin və Klement tərəfindən yaradılan model indiki mototexnikaya az bənzəyirdi- əslində o daxili yanma mühərriki ilə təchiz olunmuş adi bir velosipedə oxşayırdı. Lakin bu yenilik əsl sıçrayışa səbəb oldu və təşəbbüskar keçmiş mexanik və mühasibi yeni velosipedlərin istehsalı haqqında ciddi düşünməyə məcbur etdi.

 1900-1  

1900-1905

Birinci ikitəkərli daxili yanma mühərrikli nəqliyyat vasitasinin yaranması ilə əlaqədar olaraq Avropada motosiklet istehsalı yayılmağa başladı. Slaviya şirkəti o dövr üçün artıq Laurin və Klement adı ilə dəyişdirilmiş 1899-cu ildə «motorlu velosiped» nümayiş etdirdi. Praqada keçirilən tədbir geniş səs-küya səbəb oldu:texnoloji möcüzəni görmək üçün köhnə dünyanın hər bir yerindən jurnalistlər toplaşmışdır.

Laurin və Klement adı altında buraxılan ilk motosiklet iki variantda mövcud idi. A modifikasiyası 1.25 at güclü mühərriklə təchiz edilmişdir,daha güclü model B 1.75 at güclü mühərrikə sahib idi. Yenilik uğurlu və təlabat olduğuna görə Laurin və Klement öz bizneslərini genişləndirməyə və dünya bazarına çıxartmağa qərara aldılar. Artıq 1900 ildə çex şirkətinin məhsulu avropanın bir sıra ölkələrində təqdim olunmuşdur,həmçinin Laurin və Klement velosiped və motosikletləri Böyük Britaniyaya da ixrac olunurdu.

Bu dövrdə artıq Laurin və Klement şirkətinin məhsulları idman yarışlarında müvəffəqiyyətlə çıxış etməyə başlayır. Beləliklə 1901ci ildə çexiya şirkətinin motosikleti müvəffəqiyyətlə Paris_Berlin beynəlxalq yarışda çətin marşrutu qəth edir. Bir ildən sonra isə Boqemiyada keçirilən yarışlarda birinci yer tutaraq qalib olur.

Artıq 20-ci əsrin birinci yarısında Laurin və Klement 4000 -ə yaxin müxtəlif dizayn və quruluşda motosiklet istehsal etmişdir. Bazara çıxardılan istənilən model tezliklə öz sahibini tapırdı və şirkətin sahiblərinə sanballı gəlir gətirirdi. Şirkət qisa bir zaman müddətində velosiped satışı ilə məşğul olan mağazadan o vaxtki dövr üçün yüksək gəlirə sahib olan iri bir şirkətə çevrildi. Ikitəkərli nəqliyyat vasitəsinin satışından əldə olunan müvəffəqiyyətdən həvəslənən Laurin və Klement onları daha yüksək zirvələri fəth etməyə həvəsləndirdi və ilk çex avtomobilinin ixtirası üçün aktiv işlər görülməyə başladı.
 1905-1  

1905-1910

1905-ci il Laurin və Klement üçün yeni bir mərhələ oldu. Bu ildə bu marka altında ilk avtomobil buraxıldı. Model Voiturette A adını aldı və tezliklə çox populyar oldu.

Çex maşını o dövr üçün ciddi hesab olunan 1 litrlik mührrik ilə təchiz edilmişdir-onun gücü 7at gücünə bərabər idi. Demək olar ki bu modeldən sonra yeni B modifikasiyası yarandı hansı ki əvvəlki modeldən bir sıra üstün cəhətləri ilə fərqlənirdi. Amma yeni C veriyası artıq demək olar ki A seriyasını özünün üstün texnoloji cəhətləri ilə geridə qoydu. Belə ki, mühərriyin həcmi iki dəfəyə qədər artdı,gücü isə 12 at gücünə bərabər oldu.

1906-cı ildə Laurin və Klement ictimaiətə ilk dəfə olaraq 4 silinderli benzin mühərriklərini nümayiş etdirdi. Hansılar ki, şirkətin əvvəlki avtomobillərinə quraşdırılan mühərriklərdən dəfələrlə güclü idi. Ilkin olaraq Voiturettenin yalnız 4 sayı D modifikasiyasında bu mühərrik ilə təchiz edilmişdir,amma sonrakı nəsil 4.5 litrlik«dördlük» əsas və yeniləşdirilmiş komplektasiyada istehsal edilmişdir.

1905 1908 illər ərzində Laurin və Klement 250 sayda Voiturette istehsal etmişdi. Sözsüzki indiki standartlara baxanda bu rəqəm o qədərdə böyük təsir bağışlamır-indiki zamanda ən sadə belə istehsalçı ildə min avtomobil istehsal edir. Ancaq keçən əsrin əvvəlləri üçün bu böyük bir nəaliyyət hesab olunurdu çünki avtomobillər nəinki yığılırdı həmçinin uğurla satılırdı – onlara olan təlabat sabit olaraq yüksək idi.Çexiyalılara avropalı ictimaiətə sübut etmək alındı ki, avtomobil nəinki bahalı, dəbli oyuncaqdı,həmçinin çox praktik, hər bir adama -yaşından və fəaliyyətindən asılı olmayaraq lazımlı bir şeydir.

Getdikcə Hər il Laurin və Klement Avropa bazarında boyük nüfuza malik olurdular. Bu hamısı onunla izah olunurdu ki şirkət tərəfindən istehsal olunan texnika həmişə yeniləşdirilir yeni texnoloji yeniliklərdən istifadə olunurdu. Ancaq əldə olunan uğurlardan çexiyalılar heç də kifayətlənmirdilər Voiturette-nin ticarət uğuru onları dayanmadan yeni avtomobilin ixtirası üzərində çalışmağa ruhlandırdı.

 1910  

1910-1915

Ilk avtomobilin başgicəlləndirici müvəffəqiyyətdən sonra Laurin və Klement qarşılarına məqsəd qoydular ki elə bir avtomobil yaratsınlar ki onun istehsalı sadə, keyfiyyətli və geniş kütlə üçün əlçatan olsun. Onların fikri qısa bir zamanda reallaşdı-yeni bir s indeksli model yaratdılar.

Yeni avtomobil 1.7 litrlik 14 at güclü mühərrik ilə təchiz edilmişdir. Bu modeldə mühərrikin soyudulması üçün istifadə olunan maye sistemi və bir sıra qabaqcıl sistemlrdən istifadə edilmişdir. S modelinin debütu 1911ci ilin aprelində olmuşdur. Laurin və Klementin əvvəlki modelində olduğu kimi bu model də ictimaiətin geniş kütləsinin marağına səbəb oldu. Başqa cür ola da bilməzdi – avtomobil doğurdan da çox uğurlu alınmışdı: avtomobildə maraqlı dizayn,texnoloji yeniliklər və yüksək etibarlılıq ahəngdarlıq təşkil edirdi.

S modelinin populyarlığı nəinki Çexiyada həmçinin bütün Avropanı bürüdü. Avtomobili müxtəlif ölkələrdə böyük həvəslə alırdılar həmçinin Rusiyada hara ki bu avtomobilin bir neçə nümunəsi gətirilmişdi. Laurin və Klement tərəfindən S modelinin yaranmasında istifadə olunan bütün yeniliklər çox uğurlu olduğundan digər avtoistehsalçıları tərəfindən istifadə olunmağa başlanıldı.

Birinci Dünya müharibəsinə qədər Mlada-Boleslav zavodunda 600dən çox S model avtomobili istehsal edilmişdir. Laurin və Klement həmişə modeli yeniləşdirdikləri üçün avtomobil bazarında olan rəqabətə baxmayaraq bu model öz populyarlığını itirmirdi.Çexlər cəmiyyətin təlabatındakı istənilən dəyişikliyi duyur və həmin dəyişiklikləri meodelin modifikasiyasının yeniləşdirilməsində istifadə edirdilər.

S modeli Laurin və Klement tərəfindən 14 il müddətində 1925-ci ilə kimi istehsal olunmuşdur.Bu model uzun müddət ərzində etibarlılıq və geniş kütlə üçün əlçatan olduğuna görə dünya avtomobil istehsalında öz damğasını qoymuşdur .

 1915  

1915-1920

Laurin və Klement markası adı altında buraxılan sayca üçüncü model M indeksi ilə olan model idi.Şirkət tərəfindən istehsal olunan əvvəlki modellər geniş əhali kütləsi üçün düşünülmüşdüsə bu model əsl lyuks model alınmışdır. Bu avtomobilin xarici görünüşü dəbdəbəli içi isə mükəmməl idi.

Flaqman versiyası sayılan M modelinin kapotu altında 4 silinderli həcmi 4.5 litrdən bir qədər artıq olan mühərrik yerləşdirilmişdir. O vaxtki dövr üçün yenilik sayılan Mlada-Boleslav zavodunda yığılan bu mühərrikin gücü 50 at gücünə bərabər idi.

Bu M modelinin bir qədər az dəbdəbəli və o qədər güclü olmayan modefikasiyası mövcud idi. Onun mühərrikinin həcmi 3 litrdən bir qədər çox idi. Amma özünün böyük qardaşı sayılan modelinə istehsalında uduzmasına baxmayaraq keyfiyyətində,dinamikliyində və sürətində heç də geri qalmırdı.

Sözsüz ki, Laurin və Klement markası adı altında istehsal olunan avtomobillər özünün texniki yenilikləri ilə ictimaiətin diqqətini cəlb etməyə bilməzdi.Onların arasında elektrik starterləri,yeni konstruksiyanın optikası və polad diskli təkərlərin əlverişli optikasını misal çəkmək olar.Birinci dünya müharibəsi zamanı şirkət MS adlı ağır yük avtomobilərinin istehsalına başladı. Onlar böyük həcmli mühərriklərlə təchiz olunmuşdular (6 litrə yaxın) və 3 ton ağırlıqda yükü daşımağa qadir idilər.

M modelinin şassisi çoxfunksional idi. Minik və ağır avtomobillərdən əlavə onlar üzərində avtobuslar,hərbi maşınlar ,ticarətdə və poçt xidmətində istifadə olunan avtomobilləri quraşdırılırdı.

 1920  

1920-1925

20-ci əsrin ilk yarısında texnoloji yeniliklər nəinki şəhərin yollarında istifadəsi üçün nəzərdə tutulan minik və yük avtomobillərin istehsalında həmçinin kənd təsərrüfatı texnikasının istehsalında da istifadə edilirdi. Lauren və Klement şirkəti bu istiqamətdə də çalışırdı: Rudnitse Rudolf Baxer şirkəti ilə bərabər mexanikləşdirilmiş kotanlar istehsal edirdilər hansılar ki boyük populyarlıq qazanmışdılar.

Bu sahədə Laurin və Klement şirkəti üçün əsas nəaliyyət birinci dünya müharibəsi zamanı böyük, 6 ülgüclü,4 silinderli benzin mühərriklə təchiz edilmiş P4 kotanının istehsalı oldu. Bu model çox yaxşı satıldığından 1914-cü ilə kimi 51sayda buraxılmışdır.

Birinci dünya müharibəsi bitdikdən sonra Laurin və Klement şirkəti kənd təsərrüfatı texnikasının istehsalını artıq Baxer şirkətinin köməyi olmadan istehsal etməyə davam etdi. Mlada- Boleslav şəhərində istehsal olunan P4 modelindən daha yığcam olan P5 kotanı evvelki modeldən daha uğulu alınmışdı. Bu model nəinki Çexiyada həmçinin onun hüdudlarından kənarda çox populyar idi. Bu konstruksiyada olan kotanlar Rusiyada,Fransada,İspaniyada və dünyanın o tayında – Cənubi Amerikada çox populyar idi. Sonradan Laurin və klement şirkətindən bu modelin istehsal lisenziyasını Avstriyanın şirkəti olan PUÇ və İtaliyanın Fiat şirkəti aldı.

 1925  

1925-1930

Laurin və klement şirkəti yeni və texnoloji nöqteyi nəzərdən modern avtomobillərin yaradılmasında işlərini dayandırmırdılar. Bunun nəticəsi olaraq 100(sonrakı modifikasiyalar 105,110, və 120 rəqəmləri ilə təyin olunurdular) indeksi adı altındqa yeni avtomobil modelinin buraxılışı oldu.

Avtomobil L&K 100 1923-cü ildə ictimaiətə nümayiş olundu. Bu model özündən əvvəlki modelləri kimi kütləvi istehsala başladığı andan böyük tələbata səbəb oldu . Burada təəccüblü heç nə yoxdur: texnoloji cəhətdən bu model o dövrün ən mükəmməli idi. Avtomobil L&K 100 klassik şassi üzərində qurulmuş, 4 silinderli SV 1771 kub sm həcmli mühərrik ilə təchiz edilmişdir.

L&K 100 çox keyfiyyətli və gələcəyi parlaq olan bir model idi. Bu modelin modifikasiyalı variantlarına da – 105, 110, 120 – çox böyük maraq və tələbat var idi. Çex avtomobil bazarında bu model kimi rəqabətə layiq ortaölçülü modellərin sayının çox olmasına baxmayaraq (misal üçün, Praqa Alfa, və ya Tatra 11) L&K 100 özünün alıcılarını tapa bilmiş və istehsalçılarına yüksək mənfəət gətirə bilmişdir. Hətta Laurin və Klement şirkəti 1925 ci ildə öz regionunun iri sayılan – Skoda-Plyzen holdinqin tərkibinə daxil olduqdan sonra belə 110 və 120 modelləri şirkətin uğurlu modelləri sırasında qalmağa davam edirdi. 1926-cı ildə isə bu model 1994 kub sm.-lik mühərriki ilə təchiz edildikdən sonra isə bu modelin populyarlığı daha da artdı.

Laurin və Klement şirkətinin Шкода-Пльзень holdingi ilə birləşməsi şirkət üçün yeni bir mərhələnin başlanğıcı oldu. Artıq bu avtomobil markası iri nüfuzlu bir şirkətə çevrildi hansı ki, daha inamlı addımlarla xarici bazara daxil olub orada əvvəlki kimi bir neçə avtomobili ilə yox geniş model sırası ilə təmsil oluna bilərdi.

Əslində 1925-ci ildən Skoda markasının əsl tarixi başlayır.

 1930  

1930-1935

Laurin və Klement Skoda şirkətinə daxil olduqdan dərhal sonra Çexiyalı avto istehsalçıların işləri daha da zirvəyə qalxdı. 1929-cu ildə Paris avtomobil salonuna yeni yaradılmış holdinq təmamilə yeni məhsul xətti ilə çıxış etdi. Bu model xətnin incisi 860 adı verilmiş avtomobil modeli idi.

Bu modelin əsas texniki göstəriciləri indeksində şifrələnmişdir : 8 rəqəmi mühərrikdə olan silinderlərin sayını göstərirdi, 60 rəqəmi isə – mühərrikin gücünü göstərirdi. Mühərrikin həcmi isə 4 litrə bərabər idi. Təəccüblü deyil ki,bu model ictimaiətdə böyük marağa səbəb olmuşdu : şirkətin çexiyalı mütəxəssisləri əldə olunmayan irəliləyişə nail oldular vaxtı qabaqlayan avtomobil ixtira etməyi bacardılar. Bu model nəinki sadə insanları həmçinin peşəkarları öz gözəlliyi,texniki göstəriciləri ilə heyran etdi.

Skoda 860 modelinin üstünlüklərinə baxmayaraq 4 il ərzində bu dəbdəbəli modelin yalnız 49 nüsxəsi satılmışdı. Buna səbəb bu modelin o vaxtki dövr üçün olan qiyməti idi: sedanın qiməti 127 min çex krona, kabriolet variantı isə 140 min çex kron məbləğində təqdim edilmişdir. Ne olursa olsun Skoda 860 modeli kommersiya cəhətdən uğurlu olmasa da, Skoda və dünya maşınqayırmasında tarixində boyük bir iz qoya bilmiş və özündən sonra yaranan modelə dünya şöhrəti qazanmağa şərait yaratmışdır.

 1935  

1935-1940

1930-cu ilin ikinci yarısında Skoda 420 Popular modeli həyat üzü gördü hansı ki,nəinki çex həmçinin dünya avtomobil sənayesində əsl əfsanəyə çevrildi. Bu yığcam avtomobil 650 kiloqram çəkisinə baxmayaraq saatda 80 km sürəti yığmağa qadir idi və 100 kilometr məsafəyə 7.5 litr yanacaq sərf edirdi.

Bu yeni avtomobilin qiyməti çox əlverişli idi: rodsterin qiyməti 17 min 800 çex kronu dəyərində , 4 yerli kabrioletin qiyməti isə bir qədər baha idi.1934 –cü ildə marafon yarışları keçirilmişdir.Bu yarışın nəticəsi olaraq Skoda 420 Popular modeli 4 aylıq Hindistana turne səfərinə çıxmışdır. Keçirilən yığıncaq çox geniş marağa səbəb oldu ,həmçinin burada çexiyalı futbolçu, dünya idman ulduzu Frantişek Planiçka çıxış etmişdir. Bu yarışda Skoda 420 popular modeli servis avtomobili rolunda çıxış edirdi: sanitar və furqon tipli yük avtomobili kimi.

1936-cı ilə kimi Skoda 420 Popular modeli Monte-Karloda keçirilən yarışlarda çox boyük nəaliyyətlər əldə etdi. Bu hadisə ilə bağlı şirkət tərəfindən xüsusi olaraq məhdud sayda Skoda 420 Popular idman seriyalı 70 avtomobil istehsal edilmişdi.

Ikinci Dünya müharibəsinin başlanması ərəfəsində dünyada və Avropada sürən gərginliyə baxmayaraq Skoda şirkətinin işləri uğurla gedirdi.Buna səbəb, əvvəllər olduğu kimi maşınqayırma sənayesində yeni texnologiyaların tətbiq edilməsi və eyni zamanda cəlbedici,keyfiyyətli və hamı üçün münasib olan avtomobil istehal edilməsi idi.

1940    

1945-1950

 Ikinci Dünya Müharibəsindən sonra Çex şirkətinin buraxdığı ilk nəqliyyat vasitəsi Skoda 1101 Tudor modeli oldu. Bu model 1946-cı ilin baharında həyat üzü gordü. Demək olar ki dərhal bazara bu yeni modelin iki modefikasiyası çıxarıldı: 4 qapılı minik avtomobili və 3 sentner yükü daşıma qabiliyyətinə malik olan furqon tipli model. Bunların hər ikisi həm texnoloji,praktikliyi həm də görünüşü baxımdan geniş kütlənin marağına səbəb olmuşdu.

Şirkətin istehsal gücü hər il artırdı.1946-cı ildə Mlada-Boleslav zavoduna Vrxlabi şəhərində yerləşən zavod da birləşdirildi .İlk dəfə olaraq burada xüsusi texnika yığılırdı. Ilkin olaraq zavodun konveyerindən Skoda 1101 təcili tibbi yardım avtomobilləri buraxılırdı sonradan isə 1949 illərdə 1102 indeksli modellərin istehsalı başlandı hanslar ki quruluşca əvvəlki modeldən o qədər də fərqlənmirdi.

Tudor markası adı altında həmçinin hərbi avtomobillər istehsal olunurdu hansıların ki,müharibə ilərində istifadəsi çox populyar idi. Çexiyalı istehsalçıların bu modelləri ayrı-ayrı ölkələrdə uğurla satılırdı. Slava Tudor modeli həmçinin uzaq Avtraliyada da çox yaxşı satılırdı.
 1950  

1950-1955

1950-ci ilin birinci yarısında Skoda 1200 modeli Çex şirkətinin ən öndə gedən avtomobillərindən sayılırdı. Dördqapılı avtomobil özündən əvvəlki modellərindən görünüşcə fərqlənirdi:görünüşü daha oval cizgiləri isə daha sakit idi .Avtomobil həcmi 1221 kub santimetr və 36 at güclü mühərriklə təchiz edilmişdi. 1952-ci ildə 1200 indeksli model adı altında həmçinin xüsusi texniki nəqliyyat vasitələrinin : furqonların, pikapların və təcili tibbi maşınların istehsalına başlanıldı.

Sərnişinlərin daşınması üçün istifadə olunan 1200markalı sedan 1955-ci illərdə çox böyük bir dəyişikliyə uğramışdı. Bu model yeni giriş klapanı və daimi axını olan karbyuratorla təchiz olunmuşdu. Model yeni -1201 indeksi adını aldı. Bu modelin dünya bazarında rəqiblərin çox olmasına baxmayaraq – avtoistehsalçılar istehsal həcmində və sürətində rəqibləri ilə qürurla rəqabət aparırdılar. Skoda 1201 modeli komersiya cəhətdən onun istehsalçıları üçün çox uğurlu oldu və şirkətin daha da inkişafı üçün şərait yaratdı.

Skoda model sırasının başçısı əfsanəvi Spartak modeli olandan sonra 1200 indeksli model adı altında əsasən xüsusi təyinatlı avtomobillər : furqonlar, pikaplar və təcili tibbi yardım maşınları istehsal olumağa başlanıldı. Onların istehsalı sonradan Vrçlabi şəhərində yerləşən zavoda köçürüldü. Lakin 1200 modelinin tarixi bununla bitmədi- sonralar 20 il ərzində bu modelin istehsalı davam etdirildi. Bu modelin axırıncı nümunəsi Skoda konveyerindən 1973-cü ildə buraxılmışdır.

Ümumiyyətlə 1950-ci illərin başlanğıcını Skoda tarixi üçün sabit və ən uğurlu dövrü hesab etmək olar.

 1955-1  

1955-1960

Zaman ötdükcə cəmiyyət,texnika inkişaf etdikcə avtomobil nadirlik və dəbdəbəlilik əlamətindən getdikcə düşür və planetin bir çox insanları üçün adi bir şeyə çevrilirdi. Artıq yollarda şütüyən avtomobilləri insanlar gördükdə , onlar diksinib təəccüblənmirdilər. Onlar özlərində düşünürdülər ki “niye beləsin mən özümə almayım?”. Bunların hamısını nəzərə alıb Skoda rəhbərliyi «xalq üçün» avtomobil yaratması fikri üzərində çalışmağa başladı, Onlar elə bil avtomobil yaratmaq istiyirdilər ki, nəinki əhalinin yüksək təbəqəsi həmçinin Avropanın orta statistik gəlirə sahib olan əhalisi bu avtomobili ala bilsin.

1954-cü ildə təcrübəli xalq avtomobil nümunəsi sayılan –Spartak-adını almış model ictimaiət qarşısına təqdim edildi. Bir ildən sonra isə “xalq” avtomobili öz debütunu etdi, ənənəyə sadiq olaraq 440 rəqəmli indeksi adını aldı. Lakin bu avtomobil 440 indeksi adı altında yox, Spartak adı ilə Skoda tarixinə böyük hərflərlə yazıldı.

440 modeli üçün mühərrik Skoda 1101modelinin təchiz olunduğu mühərrik əsasında yaradılmışdır. Yeni aqreqatın həcmi 1089 kub sm. ,gücü isə- 40 at gücünə bərabər idi. Bu modeli yeniləndirilmiş giriş klapanı və karbyurator ilə tchiz etmişdilər.

Skoda 445 modifikasiyası 1957-ci ildə yaradılmışdır. Bu modelin mühərriki 440 modelin mühərrikindən bir qədər güclü həcmi isə 1221 kub sm-ə çatdırılmışdı..

Skoda 450 – idman modifikasiyalı çexiya şirkətinin «milli» avtomobili, Kvasinı şəhərində yerləşən zavodda buraxılırdı.Bu avtomobil aşağı enişli,kuzovun aerodinamik konstruksiyası və 50 at gucundə olan ikili karbyuratoru olan mühərriki ilə fərqlənirdi. Bu model rodster kuzovunda həmçinin tavanı açılan rodsterin kuzovunda buraxılırdı..

1950-ci ilin ikinci yarısında Skoda şirkəti ən "milli" və demokratik avtomobil şirkəti adını qazana bilmişdir. Bu şöhrətli adı Çexiyadan olan şirkət indiyənə qədər itirmir.

1960-1    

1960-1965

Illərin keçməsinə baxmayaraq Skoda şirkəti öz ənənələrinə həmişə sadiq qalaraq maraqlı və yeni texnoloji yeniliklər axtarıb tapmağa davam edirdi. 1959-cu ildə şirkətin ekspertləri tərəfindən tam yeni spiralvari prujunlu teleskopik amortizatorlu qabaq oxlu avtomobil işlənib hazırlanmışdır. Bu yenilik şirkətin sonrakı bütün avtomobil modellərinə tətbiq olunmuşdur.

1960-cı illərin əvvəllərinə Skoda 440 modeli Octavia adını aldı. Belə ad avtomobilə təsadüfən verilməmişdir: bu model Çexiya şirkəti tərəfindən İkinci Dünya Müharibəsindən sonra istehsal olunan sayca səkkizinci model sayılırdı. Skoda 440 modeli Octavia Super adlandırılmışdır, 450 indeksli idman versiyasına isə Felicia adı verilmişdir.(Latın dilinə tərcümədə “uğur” deməkdir).

Bu dövrdə isə Octavia ailəsi daha 3 yeni model ilə genişlənmişdir. Bunlardan birincisi Octavia Touring Sport idi hansı ki,Felicia-dan götürülmüş 50 at güclü mühərrik ilə təchiz edilmişdir.

Başqa iki model Felicia Super и Octavia 1200 Touring Sport, 55 at güclü mühərriklərlə təchiz olunmuşdurlar.

Octavia ailəsində ən populyar model Estate modeli oldu. Hər zaman yenilənərək və təkminləşdirilərək bu model 1971-ci ilə kimi istehsal edilmişdir.

1960-cı illərin əvvəli Skoda şirkəti üçün əvvəlki inkişaf mərhələlərindən heç də uğursuz olmadı. Avtomobil bazarında özünəməxsus yer tutan çex şirkəti yeni avtomobil modellərinin istehsalı üzərində çalışmağa davam edirdi. Bu modellərin hər biri peşəkar və adi sürücülər tərəfindən böyük rəğbətlə qarşılanırdı.

 1965-1  

1965-1970

1956-cı ildə Şkoda şirkəti tam yeni bir layihə MB-1000 modeli üzərində çalışmağa başladı . Bu modelin birbaşa istehsalına isə düz 8 ildən sonra başlanıldı. Bu avtomobilin istehsalı üçün çex şirkəti yeni bir zavod tikdirdi. Yeni tikilən zavod tam yeni texnoloji avadanlıqlarla təchiz olunmuş və ölçülərinin böyüklüyünə görə Skodanın əvvəlki zavodlarından fərqlənirdi. Bu zavod Mlada-Boleslav şəhərində yerləşirdi.

Skoda 1000 Mb modeli 1960-cı ilin ikinci yarısında maşınqayırmanın ən qabaqcıl texnologiyalarının tətbiqi əsasında yaradılmışdır. Bu model 4 silinderli həcmi 988 kub santimetr olan və 45 at güclü mühərrik ilə təchiz edilmişdir. Bu mühərrik avtomobilin arxa hissəsində yerləşdirilmişdir. Bir qədər sonra bu modelin iki yeni modifikasiyası işıq üzü gördü: Skoda sedan 1000 MBX modeli və yeni ,ikiqapılı,49 at güclü mühərrikli, iki karbyuratorlu SKODA 1000 MBX modeli.

Modellərin yeniləndirilməsi prosesi gələcəkdə də davam edirdi.1967-ci ildə ictimaiətə Skodа 1100 MB və Skoda 1100 MBX modeli təqdim olundu. Bu modellərin əvvəlki modellərdən əsas fərqi təkminləşdirilmiş mühərriklərə sahib olmaları idi. Mühərrikin həcmi 988 kub sm-dən 1107 kub sm-ə qədər artmışdır. Bu da avtomobillərin daha da sürətli olmasına səbəb oldu.

 1970-1  

1970-1975

1969-cu ildə çexiyalı istehsalçının model sayında daha bir artım oldu. Daha iki yeni model Skoda 100 и Skoda 110 adını aldılar. Əslində bu model tam yenilik sayılmırdı: bu avtomobillər Şkoda 1000 və Skoda 1100 modellərinin yeniləşdirilmiş versiyaları idi.

Bu modellərdə ən əsas kuzov dəyişikliyə uğramışdır: o daha müasir, dözümlü olmuşdur. Həmçinin Skoda 100 və Skoda 110 modellərinin ön təkərlərində yeni disk əyləcləri quraşdırılmışdır, interyerlərində isə daha orijinal və aktual xüsusiyyətlər meydana gəldi.Avtomobillərin mühərriklərinin həcmi isə dəyişilməyərək -1107 kub sm olaraq qaldı.

1970-ci illərin birinci yarısı Skoda üçün ən yadda qalan hadisə yeni idman üslublu 110R kupe modelinin ishtehsalı oldu. Bu model Kvasinı şəhərində yerləşən zavodda istehsal olunurdu. Avtomobil 62 at güclü mühərrik ilə təchiz olunmuşdur. Bu mühərrik sonradan həmçinin digər sedana quraşdırılmışdı hansi ki- 110LS adını almışdır. Bu dövrdə həmçinin digər Skoda modellərinin-130PTC və 200PTC idman versiyaları yarandı.

1970-ci illərin əvvəli Skoda üçün stabil və sakit bir dövr idi. Heç bir gözəçarpan və kordinal dəyişikliklər baş vermirdi çünki, skodanın bu dövrdəki model sırasının zənginliyi bütün tələbatı ödüyürdü. Buna görə də çexiyalı mütəxəssislər tələsmədən köhnə modelləri təkminləşdirirdilər və yeni proektlər üzərində çalışırdılar.
 1975-1  

1975-1980

1976-cı ildə Brno şəhərində keçirilən avtomobil sərgisində Skoda özünün yeni 120 indeksli modelinin təqdimatını keçirdi. Çex şirkəti bu avtomobili istehsal etməklə özündə yeni,daha keyfiyyətli, texnoloji və estetik baxımdan yeni inkişaf mərhələsinə keçidini nümayiş etdirdi. Skoda 120 modeli əvvəlki modellərdən özünün konstruskiyası,interyeri və eksteryeri baxımından çox seçiliridi. Bu səbəbdən model haqqında ictimai mətbuatda çox yaxşı sözlər deyilmişdi.

Şkoda 120 medelindəki əsas yenilik radiatorun avtomobilin ön tərəfində yerləşməsi idi. Kuzovun forması dəyişikliyə uğramış, interyeri təzələnmiş alətlər paneli isə modifikasiyaya uğramışdır: daha informativ və arqonomik olmuşdur.

1970-ci illərin ikinci yarısında çex şirkətinin model sırasının əsasını 1046 kub sm. həcmli mühərrikli Skoda 105 və 1174 kub sm həcmli Skoda 120 modelləri təşkil edirdi. Bu avtomobillər bir neçə modefikasiyada və dəyərdə buraxılmışdır:onlar arasında Skoda 105 S və əsl dəbdəbəli Skoda 120GLS modeləri idi.

 1980-1  

1980-1985

Baxmayaraq ki, Skoda 102 və Skoda 105 modelləri köhnə avtomobillərin modernizə edilmiş modelləri idi,1980-cı illərdə onlara olan tələbat artamağa davam edirdi. Bu səbəbdən Mlada-Boleslavdan olan istehsalçı müdiriyyət nəinki bu iki modelin istehsalını dayandırmaq əksinə olaraq onları daha da təkminləşdirməyə davam edirdilər.

Skoda 105 və Skoda 120 modellərində əsas dəyişiklik 1983-cü ildə baş vermişdir. Çex istehsalçısı avtomobillərinin görünüş və tenoloji göstəricilərində ciddi dəyişiklik etmək qərarına gəldi.Çünki hər il avtomobil sənayesində çoxlu yeni avtomobil modelləri istehsal olunurdu,hansılarla ki rəqabət aparmaq çox çətin idi . Modifikasiyaya uğramış 120 və 105 modelləri, böyük təkər bazasına -13-lük disklərə,plastik bamper və başqa yeniliklərə sahib oldular.

Lakin Skoda köhnə modelləri üzərində işləməsinə baxmayaraq , yeni modellərin proyektləri üzərində də işləməyi unutmurdu. 1984-cü ildə çex şirkəti geniş ictimaiətə özünün yeni 130 indeksli modelini təqdim etdi. Bu model o vaxt üçün yenilik sayılan 5 pilləli, dişli mexanizmli sürət qutusu ilə təchiz olunmuşdur.

1980-cı illərin daha bir yeni modeli dəbdəbəli Garde kupesi idi. Bu model iki sərnişin üçün hesablanmışdır- sürücü və qabaq sərnişin üçün oturacaqlardan ibarət idi. Bu modelin debütu 1981-ci ildə oldu. Istehsal olunmağa isə Kvasinı şəhərində yerləşən zavodda başladı.
 1985-1  

1985-1990

1985-1990-cı illər ərzində çexiyanın şirkəti əsas diqqətini iki istiqamətdə cəmləşdirdi:bir tərəfdən mövcud olan bütün model sırasının təkminləşdirilməsi digər tərəfdən isə,günü –gündən inkişaf edən bazarın tələbinə uyğun olaraq yeni texniki proektlər üzərində işlərin davam etdirilməsi idi.

1990-cı il Skoda tarixinin böyük bir dövrü sona çatdı: artıq əfsanəyə çevrilmiş skoda 105,120, və 130 modelləri istehsaldan çıxarıldı. Bu modellər ictimaiət tərəfindən çox sevilmişdi.Çoxsaylı rəqiblərin həmçinin müasir görünüşlü, yenilikçi texnoloji avadanlıqlar ilə təchiz edilmiş avtomobillərin olmasına baxmayaraq bu avtomobil modellərinə olan təlabat hər zaman var idi. 5-10 il əvvəl istehsal olunmuş avtomobil “yüzlük” modellərinin təkminləşdirilməsi ilə inkişaf etmək çətin idi. Bu səbəbdən köhnəlmiş model sırasını yeni modellər əvəz etdi.Hansılar ki, o vaxtki dövrün Avropa avtomobil bazarının tələblərini tam şəkildə ödüyürdü.

Tam yeni Skoda Favorit modeli Brno şəhərində keçirilən sərgidə nümayiş olundu. Bu avtomobilin istehsalında əfsanəvi italyan mühəndisi Bertouna yaxından iştirak etmişdi. Bu model həcmi1289 kub sm. olan 4 silinderli OHV mühərriki ilə təchiz edilmişdir. Bu modelin əsasında yeni furqon tipli Skoda Forman modeli işlənib hazırlanmışdır.

1990-1  

1990-1995

1990-cı illərin əvvəllərində çexiya şirkəti Favorit model ailəsinin inkişafı ilə məşğul idi.. Skoda Forman 1990-cı ilin axırlarında Vrçlabi şəhərində istehsal olunmağa başladı. Burada həmçinin 1992-ci ildən bu modelin xüsusi versiyaları istehsal olunurdu.1991-ci ilin oktyabr aylarında Kvasinı şəhərində yerləşən zavodda bu modelin yük modefikasiyası istehsal olunmağa başlandı.

1991-ci ildə nəinki Skoda demək olar ki,bütün avropa avtomobil sənayesi üçün əlamətdar hadisə baş verdi: Çexiyanın şirkəti alman konserni sayılan Volkswagen konsernine daxil oldu. Dünyaşöhrətli istehsalçının tərkibində istehsal olunan ilk avtomobil markası Felicia adlanırdı.Bu avtomobil ilk dəfə olaraq 1994-cü ildə ictimaiətə nümayiş olundu.

Skoda Felicia mühərrikləri sırasında nəinki Çexiyada istehsal olunan 40 və 50 kBt gücə sahib Favorit ailəsinin modellərində istifadə olunan mühərriklər həmçinin tam yeni Volkswagennin mühərrikləri ilə də təchiz olunurdular.:

Benzin mühərrikli həcmi 1.6l və dizel mühərrikli həcmi 1.9l . onların gücü uyğun olaraq 55 və 47 kBt təşkil edirdi.

1995-ci ilin yayında Brno şəhərində Skoda Felicianın əsasında yığılan yeni pikap nümayiş olundu. Bu modelin kütləvi istehsalına demək olar ki debüt edəndən dərhal sonra :həmin ilin avqust ayında başlanıldı. Praktik və funksional olan bu avtomobil avropalıların sevimlisinə çevrildi və Skodanın uğurlu avtomobillərinin siyahısına daxil oldu.

 1995-1  

1995-2000

1956-cı ilin sentyabr ayında Skoda şirkəti daha bir yenilik olan - liftbek modeli istehsal etməyə başladı hansı ki,bir neçə onillik əvvəl Octavia modeli altında istehsal olunurdu. 1988 –ci ildən etibarən bu modelin universal variantları istehsal olunmağa başlandı.

Oktaviya istehsal olunduğu andan geniş kütlənin sevimlisinə çevrildi. Qiymətdə münasib, keyfiyyətdə yüksək olan,texnoloji gösticilərinə və funsionallığına görə bu model orta yaşayış səviyyəsində olan Köhnə dünyanın sakinlərinə xəyallarındakı avtomobilə sahib olmağa imkan yaradırdı. əlverişli bir avtomobil idi. Özünün üstün cəhətlərinə və klassik görünüşünə görə Octavia modeli cinsindən,yaşından və fəaliyyətindən asılı olmayaraq geniş insan kütləsinin zövqünə oxşayırdı.

Növbəti Çex şirkətinin model sırasındakı artım 1999-cu ildə baş verdi, nə vaxt ki, ictimaiətə yeni şəhər tipli, yığcam avtomobil olan Fabia modeli nümayiş olundu. Bu model dillerlərin salonlarında satışa qoyulanda 1.4 və 1.9 litr həcmdə ölçülü mühərriklərlə təchiz olunmuşdular. Lakin bu modelə təlabat artdığına görə Skoda şirkəti bu modelə quraşdırılan mühərriklərin sayını artırmağa başladı.

1997-2000 –ci illərdə Felicia Fun modelinin istehsalı üzərində işlər aktiv olaraq davam etdirilirdi. Bu modeldə minik avtomobilinin rahatlığı və yük avtomobilinin praktikliyi cəmlənmişdi. Bu avtomobilə təlabat böyük olduğuna görə 3 il ərzində bu modelin 4000 min sayı istehsal olunmuşdur.

 2000-1  

2000-2005

Yeni minilliyin ilk illərində çexiyanın şirkəti, Fabia modelinin bir neçə modifikasiyasını istehsal etdi.2000-ci ildə bu modelin yeni universal variantı nümayiş olundu (avtomobil Fabia Combi adını aldı), bir ildən sonra isə ictimaiətə sedan variantı nümayiş olundu.

2001-ci ildə isə Skodanın model sırasında daha bir yeni artım baş verdi, yeni əfsanəvi Superb modeli işıq üzü gördü hansı ki , «lyuks» sinfinə aid idi. Belə ada sahib olan avtomobil artıq 1934-1949-cu illərdə şirkət tərəfindən istehsal olunmuşdu. 21-ci əsrin əvvəllərində Mlada -Boleslavdan olan mühəndislər bu modeli daha da təkminləşdirmək istəyirdilərş. Bu səbəbdən ilham almaq üçün Volkswagen Passat B5 medilini nümunə kimi istifadə etmişdilər. Modelin buraxılışı istehsalçının Kvasinı şəhərindəki yeni zavodlarında baş verdi.

2004-cü ildə Octavia modelinin yeni nəsli işıq üzü gördü . Avtomobil liftbek və universal kuzovlarında istehsal edilmişdir. Tam ötürücülü sistemlə təchiz edilmişdir. Bir qədər sonra avtomobilin idman variantı da istehsal olunmağa başladı.

Skodanın uğurları davam edirdi. Octavia modeli ayrı-ayrı ölkələrdə dəfələrlə «İlin avtomobili » adına layiq görülmüşdü. Digər modellər də həmçinin çoxsaylı alıcıların rəğbətini qazanmış və öz seqmentində öndə gedən yerlərdə idi.

2005-1    

2005-2010

Axır zamanlar Skoda aktiv olaraq öz model sırasının təkminləşdirilməsi və genişləndirməsi üzərində çalışırdı. 2008-ci ildə yaranan Dünya İqtisadi Böhran nəticəsində müvəqqəti olaraq istehsal sürətinin və həcminin azalmasına baxmayaraq Çexiya şirkətinin inkişafını ləngidə bilmədi.

2006-cı ildə Moskva avtosərgisində orijinal və universal olan Skoda Roomster modeli nümayiş olunmuşdu. Bu model özündə, aktiv istirahəti sevənlər üçün istehsalçı tərəfindən istehsal olunduğunu əks etdirirdi. Bu avtomobil gənc alıcıların marağına səbəb olmuşdur. Həmçinin rahat və funksional bir ailəvi avtomobil olduğunu özündə əks etdirirdi.

Skoda Fabia və Superb modellərinin tam yeni nəsli işıq üzü görüb.yenilənmiş modellərdə əvvəlki çatışmamazlıqlar və qüsurlar aradan qaldırılmışdır. Bunun nəticəsi olaraq bu iki modelin satış səviyyəsi artmışdır.

Əlbəttə ki, son beş ildə çexiya şirkəti üçün əsas və əlamətdar hadisə , avtomobil bazarında yeni seqmentdə avtomobilin istehsal etməsi oldu. 2009-cu ildə Skoda tarixində ilk dəfə olaraq tam yeni krossover tipli avtomobilin istehsalı oldu. Bu yeni krossover modeli -Yeti adlandırıldı. Bu avtomobil həm funksionallığına görə həm də xarici görünüşünə görə çox uğurlu alınmışdır. Artıq birinci ayın satış həcmindən aydın oldu ki, «qar adamı » istehsalçının model sırasında öz yerini uzun müddətə möhkəmlətdi.