ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Fabia

Model


SKODA Fabia — Təsvir

Özünə inam hissi yalnız ictimai çıxışlar üçün gərəkli deyil. Bu hiss həyatınız boyu Sizi müşayiət etməlidir. Əgər bu hisslər Sizdə yoxdursa, Skoda Fabia bu hissləri yaşadacaq. Sərt,dinamik və cəsarətli dizayna malik olan Skoda Fabia qətiyyətsizlik üçün heç bir əsas qoymayacaq. Özünə inam hissi yalnız avtomobilin xarici görünüşündə əks etdirmir. Avtomobildə çox ağıllı Simply Clever yeniliklərindən istifadə edilmişdir. Bu yeni ŠKODA Fabia modelidir, üçüncü nəsil modeli!

Dizayn

 İstənilən bir yerdə Fabia modeli özünün cəsarətli və ifadəli dizaynı ilə ətrafdakıların diqqətini cəlb edir. ŠKODA Fabia — bu yeni dizaynın təcəssümüdür. Avtomobilin ön fənərləri radiator barmaqlıqları ilə vəhdət təşkil edərək, şaquli xəttlər və xrom çərçivə ilə əhatə olunmuşdur. Arxa hissədən avtomobil Skodaya məxsus həndəsi quruluşu ilə, C- formalı arxa fənərləri və yük bölməsinin qapısı ilə diqqəti cəlb edir. Avtomobilin yan hissələri isə sərt və ifadəli xətləri ilə dinamikliyi təcəssüm etdirir. Yan hissədəki xətlər xüsusilə kölgə və işığın rəqsi zamanı avtomobilin forma və rəngindən zövq almağa şərait yaradır.

Sizi və Sizin arzularınızı yerləşdirmək üçün daha çox genişlik

 Yeni ŠKODA Fabia modelində sərnişinlər və yük üçün kifayət qədər genişlik vardır. Salon bir qədər uzun və enli olmuşdur. Ön sərnişinlərin başları üstündə kifayət qədər yer vardır. Avtomobil öz sinfində ən böyük yük bölməsinə malikdir— 330 litr. Bütün bunlara baxmayaraq ŠKODA Fabia öz kompakt ölçülərini və çeviklik xüsusiyyətlərini qoruyub saxlamışdır.

 
 Yüksək güc  
 
Fabia modeli yeni nəsil benzin və dizel mühərrikləri ilə təchiz edilmişdir. Bu müasir mühərriklərin gücü 60-dan 110 at gücünə kimi dəyişir. Eyni zamanda 100 кm məsafəyə olan yanacaq sərfiyyatı 3,4 litrdən 4,8 litrə kimi dəyişir.
 
Öz avtomobilinizə individuallıq bəxş edin
  
 Biz müştərilərimizin öz avtomobillərinə təkrarolunmaz görünüş sahib olmaq istəklərini qiymətləndirərək, 125 rəng çalarların birləşməsindən ibarət olan geniş rəng palitrası seçimi imkanını yaratmışıq. Yeni ŠKODA Fabia-nın 15 rəng çaları mövcuddur,ancaq Colour Concept köməkliyi sayəsində, hər kəs zövqünə uyğun olaraq tavanın rəngini,ön dirəkləri, yan güzgülərin və disklərin rəngini sifariş edə bilər.

 Salonun daxili rəng seçimi imkanı da mövcuddur.