RU

ŠKODA Azərbaycan – SKAZ Autohouse

Fabia

Rahatlıq


Geniş Salon

Yeni Skoda Fabia modelinin interyeri yüksək keyfiyyətli materiallardan hazırlanmış alətlər paneli, idman üslublu -3 oxlu, dəri sükanı, xüsusi örtüklü oturacaqları ilə seçilir. ŠKODA-nın digər modellərində olduğu kimi, yenilənmiş ŠKODA Fabia modeli geniş və tutumlu yük bölməsinə malikdir. Dizaynerlər avtomobilin quruluşunda üfüqi xəttlərə üstünlük verərək, bu yığcam avtomobilin interyerini daha da geniş etməyə nail olublar. Fabia geniş salon və yüksək tutuma malik, çoxfunksiyalı şəhər avtomobilinin kiçildilmiş variantı kimi yaradılmışdır. Salonun daxili işləmələrinin geniş rəng palitrası və kuzovun geniş rəng çalarları hesabına Fabia sahibinə öz xarakterinə uyğun seçim edərək, onu həqiqətən parlaq, fərdi və təkrarolunmaz etmək imkanı verir.

398eba37e715648a296313e904ef1370

Hətta arxa oturacaqlarda genişlik

Yeni ŠKODA Fabia modelində sərnişinlər və yük üçün kifayət qədər genişlik vardır. Salon bir qədər uzun və enli olmuşdur. Ön sərnişinlərin başları üstündə kifayət qədər yer vardır. Avtomobil öz sinfində ən böyük yük bölməsinə malikdir— 330 litr. Bütün bunlara baxmayaraq ŠKODA Fabia öz kompakt ölçülərini və çeviklik xüsusiyyətlərini qoruyub saxlamışdır.

​Yenilənmiş ŠKODA FABIA 1674 mm uzunluğa malikdir. Mağazalarda alış-veriş edərkən və ya uzaq səyahətə yola düşərkən sizin Fabianızda kifayət qədər yer olacaq. Arxa oturacaqlarda əyləşən sərnişinlər uzaq səyahətdən zövq alacaqlar. Səfər nə cür olursa- olsun, oturacaqlar yorulmağa imkan vermir.

0f1f8a8c931d8d3a0e95a7c5d2ccaa13

Öz avtomobilinizə individuallıq bəxş edin

Biz müştərilərimizin öz avtomobillərinə təkrarolunmaz görünüş sahib olmaq istəklərini qiymətləndirərək, 125 rəng çalarların birləşməsindən ibarət olan geniş rəng palitrası seçimi imkanını yaratmışıq. Yeni ŠKODA Fabia-nın 15 rəng çaları mövcuddur,ancaq Colour Concept köməkliyi sayəsində, hər kəs zövqünə uyğun olaraq tavanın rəngini, ön dirəkləri, yan güzgülərin və disklərin rəngini sifariş edə bilər. Salonun daxili rəng seçimi imkanı da mövcuddur.

b447f6b738fa61c44e1ce4dfa03a89de

Sükanı: praktik və idman üslublu

​ŠKODA FABIA ​9 növdə 3 oxlu sükan seçimi təklif edir. Komplektasiyadan asılı olaraq, onlar istifadə olunan material (PUR, PUR xromlu taxmalar, dəri xromlu işləmələrlə, dekorativ taxmalarla ağ piano rəngli) və funksionallığa görə fərqlənirlər (çoxfunksiyalı displey idarəetməsi, texniki xüsusiyyətlərdən asılı olaraq, radio və telefon idarəetməsi).

58dd1de1fef0893ca02dcdaaa1defd2e

Başınızın üzərindəki səmadan zövq alın

​Əlavə olaraq avtomobilinizin damını şüşəli tavanla sifariş edə bilərsiniz. Günəşli havada günəş işığından qorumaq üçün xüsusi qoruyucu pərdədən istifadə edə bilərsiniz. Tünd rəngli şüşə sizin komfortunuza uyğun olan qədər günəş işığını və isyiliyini avtomobilin salonuna buraxacaq.

b79878a2f89dad29ab02edadfb822289

FABIA + MirrorLink = Hər şey əlinizin altında

<iframe src="https://www.youtube-nocookie.com/embed/PhaGWXaPsl8?c frameborder=" width="800" height="450"></iframe>

ŠKODA FABIA – MirrorLink ™ funksiyası vasitəsilə avtomobil və smartfon arasında əlaqə yaradır.  Smartfonunuzda istədiyiniz musiqini və ya hər hansı bir əməliyyat etdikdə bütün məlumatlar mrkəzi displeydə əks olunacaq.

MirrorLink™  funksiyası ilə smartfonunuzu Bolero –ya qoşaraq naviqasiya sistemindən istifadə edə bilərsiniz. Qoşulma sadə və tez bir zamanda baş verir: smartfonunuzu USB kabel vasitəsilə Bolero – ya qoşun və MirrorLink ™ rejimini aktivləşdirin. Mərkəzi displeydə  informasiya-əyləncəli sistemi görsənəcək.

Hər şey əlinizin altında

​Cihaz panelinin təkmilləşdirilmiş funksionallığı sürücüyə bütün diqqəti yola cəmləməyə imkan verir. Üçüncü nəsil Fabia, ŠKODA ailəsinin ilk avtomobilidir ki, MirrorLink ™ vasitəsilə çox rahat və tez bir zamanda öz smartfonunuzu qoşmaq imkanı yaradır. 

8d2acec10ae020d0dcd9235d31cbfa08

Avtomobil yeni nəsil və geniş seçimə malik olan multimedia sistemləri ilə təchiz edilmişdir. Seçilmiş təchizata uyğun olaraq, müştərilərə Blues, Swing və ya Bolero təqdim ediləcək:

Blues sadə təchizatda təklif olunacaqdır.Sürücüyə displey,Flash-kart və ya SD-kartdan istifadə etmək imkanını yaradacaq.

Swing daha qabaqcıl funksiyalara malikdir, 5-düymluq rəngli sensor ekrana malikdir və Bluetooth vasitəsilə telefona qoşula bilir.

Daha da cəlbedici – Bolero, çoxfunksional sesnsor displey (6,5 düym). Bu multimedia sistemi MirrorLink texnologiyasına qoşulmaq imkanını yaradır. Hansı ki, öz növbəsində smartfona qoşularaq bir neçə proqramlardan eyni zamanda istifadə etməyə şərait yaradır.

f340283120f6a28eaaed4a6c72232764