ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Fabia

Təhlükəsizlik


Təhlükəsizlik

Ailəvi avtomobil nəinki rahatlığı, həmçinin yüksək təhlükəsizliyi ilə fərqlənməlidir. ŠKODA Fabia tam yeni təhlükəsizlik yenilikləri ilə təchiz olunmaqla öz seqmentində ən yüksək nailiyyət əldə etmişdir.

Passiv təhlükəsizlik sisteminə təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərləri aiddir. Təhlükəsizlik yastıqları salon boyu yerləşdirilməklə sərnişinlərin təhlükəsizliyini qorumuş olur. Həmçinin avtomobil döngələri işıqlandırma sistemi malik olan halogen fənərlər ilə təchiz edilmişdir.

4942599807e0610c35423e9c8f655743

  

YeniSkodaFabia Euro Ncap tərəfindən keçirilmiş bütün təhlükəsizlik parametrlərindən: sərnişinlərin təhlükəsizliyi, uşaqların təhlükəsizliyi, aktiv təhlükəsizlik sistemi və piyadaların təhlükəsizliyi- 5 ulduza layiq görülmüşdür. Testlər zamanı avtomobilin salonu yüksək dözümlüyü ilə diqqəti cəlb etdi.

 

 

FABIA bir çoxtəhlükəsizliksistemləriilə təchizedilmişdir. FabiaESC, ABS, EBV, MSRvə s. bukimitəhlükəsizliksistemləriilə təchizedilmişdir. Həmçininavtomobilə əlavə təchizatkimiavtomotikdurmasistemivə sürücüyə nəzarətsistemlərinimisalgöstərməkolar. Avtomobili 6 ədəd təhlükəsizlik yastıqları ilə təchiz etmək mümkündür.

Yeni Skoda Fabia ənqabaqcıltəhlükəsizliksistemləriilə təchizedilmişdir. AvtomobilFrontAssistantvə CityEmergencyBraketəhlükəsizliksistemləriilə təchizedilmişdir.Avtomobilin önhissəsində yerləşdirilmiş radarqabaqdahərəkətedəndigəravtomobilarasındakı məsafənitənzimləməkdə yardımçı olur.

Front Assistant (ön məsafəyə nəzarət sistemi)

Front Assistant - Front Assist sistemi sürücünü öndə gedən avtomobil ilə toqquşma təhlükəsi barədə xəbərdarlıq edir, qaçılmaz qəza şəraitində isə əyləc sistemini işə salaraq yaranacaq toqquşmanın nəticələrini minimum həddə çatdırır.

Avtomatik əyləc sistemli ESC (Multicollision brake)

Elektron stabilliyə nəzarət sistemi hər bir sürücüyə kritik vəziyyətdə yardımçı olur. SKODA FABIA –da avtomatik əyləc sistemi, ESC sisteminin əsas hissəsidir. Bu təhlükəsizlik sistemi, toqquşma zamanı əyləc sistemini avtomatik işə salaraq, avtomobilin sonrakı hərəkətinin qarşısını alır.

Driver Activity Assistant (Sürücü yorğunluğuna nəzarət asistenti)

Driver Activity Assistant - yolda riskli halların baş verməsini azaldır. Sürücüyə yol boyu nəzarət edir, onun yorğunluğu barədə sürücüyə xəbərdarlıq edərək, avtomobilin dayandırılmasını təklif edir.

54fcf1019865804785eee0a2fd6b2652

Kor zonalara nəzarət sistemi - Blind Spot Detect

Blind Spot Detect - Kor zonalara nəzarət sistemi sürücünü zolaqları dəyişərkən məhdud görüntü zonasında hərəkət edən avtomobillər haqqında xəbərdarlıq edir.

ŠKODA Fabia -nın arxa bamperində yerləşən iki ədəd sensorların vasitəsilə avtomobilin ətrafında və 20 metrə qədər arxada olan maneələr barədə xəbərdarlıq edir.

Hərəkət zamanı kor zonada hərəkət edən avtomobil olduqda yan görüntü güzgülərdə xəbərdaredici işıq indikatoru yanmağa başlayır.

1b42b950da66939a2103543d448f7d95

d63ad637ca6fc0db081dcade85fc27a2

Speedlimiter                                

(Sürət məhdudlaşdırıcısı)

Adından məlum olduğu kimi, bu sistem avtomobilin maksimal sürətlə hərəkətini məhdudlaşdırır. Sürücü, yuxarı sürət limitini 30 və 210 km/saat diapazon arasında müəyyənləşdirə bilər.

Kruiz-kontrol sistemindən fərqli olaraq (müəyyən edilmiş sürəti saxlayan), sürət məhdudlaşdırıcısı sürücüyə istənilən sürətlə hərəkət etmək imkanı verir, yalnız sürücü tərəfindən müəyyən edilmiş sürəti aşmamaq şərti ilə.

Təhlükəsizliyi nəzərə alaraq, bu sistem kick-down rejimində (akselerator pedalını sona qədər sıxdıqda) müvəqqəti söndürülür. 

3f6483b1c80059edb99093f7f1e80af2

 6 ədəd təhlükəsizlik yastıqları

Təhlükəsizlik yastıqlarının təhlükəsizlik kəmərləri ilə istifadəsi ona görə nəzərdə tutulur ki, qəza zamanı sürücü və ya sərnişinlərin bədən nahiyələrinin avtomobilin hər hansı bir ağır predmetlə toqquşmasının qarşısını almaqdır və ya zərbənin təhlükəsini minimuma endirməkdir. 

 

 

Kuzovun metal konstruksiyası

Kuzovun yüksək keyfiyyətli metal konstruksiyası istənilən qəza zamanı ən əsas təhlükəsizlik amillərindən sayılır. Bu cür yüksək dözümlü kuzov əldə etmək üçün xüsusi seçilmiş keyfiyyətli materiallardan istifadə edilmişdir. Avtomobilin ön və arxa hissələri qəza zamanı zərbənin ən çox hissəsini öz üzərinə götürür. Güclü zərbə zamanı xüsusi dayaqlar mühərrikin salona girməsinin qarşısını alır - mühərrik mövcud boşluğa girərək avtomobildəki sərnişinlərə təhlükə yaratmır. Sükanın quruluşu frontal zərbə zamanı sükanın sərnişin üçün təhlükəli hərəkətinin qarşısını alır. Pedalların quruluşu qəza zamanı sürüşməni təmin edərək, sürücünün ayaqlarının xəsarət almasından qoruyur.

a84410b484e7f27038254bc3e9509029

Digər təhlükəsizlik xüsusiyyətləri

ŠKODA Fabia ən son və ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz edilmişdir. Yuxarıda qeyd edilən təhlükəsiklik sistemlərindən əlavə (standart və əlavə təchizatda), Fabia modeli aşağıdakı təhlükəsizlik sistemləri ilə təchiz olunur:

     ABS əyləc sistemi avtomobillərin təkərinin əyləc əsnasında kilidlənərək sürüşməsinə maneə törədən bir təhlükəsizlik mexanizmidir.

     Əyləc assistenti əyləc sistemində təzyiqi artıraraq avtomobilin intensiv dayanmasına ehtiyac yaranan hallarda sürücüyə yardımçı olur. Bu əhəmiyyətli dərəcədə durma yolunun qısaldılmasına səbəb olur.

     MSR təhlükəsizlik sistemi sürücünün sürüşkən yolda qəflətən akselerator pedalından ayağını çəkdiyi zaman baş verən avtomobilin aparıcı təkərlərinin bloka düşməsinin qarşısını alır.

     EDL sisteminin üstünlüyü ondan ibarətdir ki, sürətlənmə zamanı və ya yoxuşa qalxarkən aparıcı təkərlədən birinin yerlə zəif sürtünmə zamanı yardımçı olur.

     XDS+ sistemi sürücüyə sərt döngələrdə dinamik hərəkət etdikdə avtomobilə verilmiş istiqamət üzrə hərəkət etməsinə yardımçı olur. Döngələrdə dinamikliyi və dartınma qüvvəsini yaxşılaşdırmaq məqsədilə elektron idarə olunan qurğu özünübloklayan differensialın hərəkətini modelləşdirir. Bu sistemin köməyi nəticəsində avtomobil sərt döngələri daha dəqiq və rahat qət edir.

     Təkərlərdə hava təzyiqinə nəzarət sistemi təkərlərdəki havanın azalması barədə hər zaman sürücünü məlumatlandırır.

     Əlavə təchizat kimi istifadə olunan Hill-Hold Control sistemi dik yamacda avtomobili təhlükəsiz hərəkətə gətirməyə köməklik edir. Sistem 5%-dən yüksək olan sıldırımlı yamaclarda avtomatik olaraq işə düşərək sürücüyə təhlükəsiz olaraq avtomobili əl əyləcindən istifadə etmədən hərəkətə gətirməyə yardımçı olur. Bu sistem avtomobilin arxaya getməsini və mühərrikin sönməsinin qarşısını alır.

     Yanıb-sönən stop siqnallar avtomobilin sürətlə hərəkəti zamanı qəflətən qarşıya çıxan maneə zamanı sürücünün əyləci sxdıqda arxadan toqquşma riskini azaldır.