ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Octavia

Təhlükəsizlik


Avtomobilin idarə olunmağı yeni faralar, yan güzgülər və müasir parkovka sensoru hesabına daha da asanlaşmışdır.

Salon yeni alətlər paneli hesabına daha da cəlbedici olmuşdur. Arxa və ön oturacaqlar isitmə sisteminə malikdirlər.

Geniş salon ön və arxa oturacaqlarda əyləşən sərnişinlərin rahatlığını təmin edir. Həmçinin avtomobildə Balero audio sistemi, 6 disk qəbul edə bilən CD-changer, SD və MMC tipli yaddaş kartlarını qəbul edən qurğu ilə təchiz edilmişdir.MP3 və WMA formatlı faylları oxuma qabiliyyətinə malikdir.

Yeni dizayn və üzlüklərdən istifadə edilmiş oturacaqların mərkəzi hissəsi  Sizin rahatlığınızı təmin edəcək. Bütün bu yeniliklər avtomobilin interyerinin digər elementləri və dekorativ taxmaları ilə harmoniya təşkil edir.
 

Jumbo Box

Ön oturacaqlar arasında yerləşən çoxfunksiyalı dirsəkaltlıq Jumbo Box, hündürlük və uzunluq istiqamətdə tənzimlənə bilir və soyutma funksiyasına malikdir. (avtomobildə kondisioner sistemi varsa). AUX sistem vasitəsilə siz istədiyiniz musiqiyə qulaq asa bilərsiniz. Jumbo Box-un arxa hissəsində arxa oturacaqların isitmə sisteminin tənzimləyiciləri yerləşir.
 
 

Ön dumanəleyhinə faralar

Ön dumanəleyhinə faralar – –ön hissənin ən əsas cəlbedici elementlərindən sayılır.. Onların forması avtomobilin dinamik görünüşünü biruzə edir.Daha üstün təchizatda faralar CORNER sistemi ilə təchiz edilirlər.
 
 

Yeni faralar

Faraların yeni forması avtomobili daha da dinamik və zərif göstərir. Həmçinin AFS sistemli ksenon faraları da sifariş edə bilərsiniz.
 
 

Yük bölməsi

Yük bölməsi – –Octavia modelinin ən əsas üstünlüklərindən sayılır. Liftbek varianta onun həcmi 560 litr təşkil edir.Universal variantda isə 580 litr olur.Arxa oturacaqları qatlasanız yük bölməsinin həcmi- 1420 litrə qədər artacaq(universalda 1620 l.).