ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Octavia Combi

Model


b59bbc3b3684ca8c8ca8d6284cf8e396

Parlaq dizayn,
mütərəqqi opsiyalar

ŠKODA yeni Octavia-nı təqdim etməkdən qürur hissi duyur. Çex markasının dünya üzrə satışda lideri olan Octavia modeli xarici görünüşcə kifayət qədər dəyişib. Alıcılara yeni opsiyaların seçim imkanı verilib. Əvvəllər yüksək sinfə aid olan modellərdə rast gəlinən opsiyaları indi yenilənmiş Octaviada görmək mümkündür. Yeni Octavia-da  ŠKODA–nın əsas prinsiplərinə əməl olunub — müştərilərinə gözlədiklərindən daha çox imkanlar təklif etmək. Əvvələr olduğu kimi, Octavia iki tip kuzovla təqdim olunur: Liftbek və Universal.

Octavia–nı «brendin ürəyi» adlandırırlar. ŠKODA şirkəti üçün son 20 il ərzində Octavia qədər önəmli olan model yoxdur. 2015-ci ildə hesablamara əsasən  ŠKODA bir milyondan artıq avtomobil istehsal etmişdir və bunun 40%-i Octavia ailəsinin payına düşüb. Bu modeli yüzdən artıq ölkədə tanıyır və sevirlər. 

db73cd7c928a310a3769fa9831271cf9

Octavia-da nəzərəçarpan dəyişikliyə salonun ön hissəsi məruz qalıb— yeni nəsil informasiya-əyləncə sistemi. Ekranın ölçüsü—9,2 düyma qədər böyüyüb. Şüşə örtüklü Displeydə — «xrustal elementlər» öz əksini tapmışdır. Mexaniki idarəetmə düymələrini- toxunuşlara yüksək reaksiya verən və həssaslığa malik olan sensorlu displey əvəz etmişdir. Octavianın digər informasiya-əyləncəli sistemlərində (ilkin səviyyəli sistemləri, Swing istisna olmaqla) düymələr sesnsorlu düzəldilmişdir: onlar ekranın bir hissəsini təşkil edir. Naviqasiya sistemləri (əvvəllər təchiz edilirdi), yardımçı sistemlərin köməyi olmadan, salon boyu internet-siqnalının Wi-Fi ilə yayılması ilk dəfə olaraq Skoda ailəsində təklif olunur: ultra sürətli əlaqə LTE standartına əsasən xüsusi slota işlək olan SIM-kart taxılmalıdır. Elektron qurğulardan rahat istifadə edilməsi üçün ikinci oturacaq cərgədə 230 V girişin yanına (əvəllər də təklif edilib) iki ədəd elektron qurğunun enerji ilə doldurulması üçün USB- port əlavə edilib.

Yenilənmiş ŠKODA OCTAVIA çoxsaylı köməkçi sistemlər ilə təchiz edilib. OCTAVIA qoşqu ilə hərəkət edirsə, qoşqu köməkçi sistemi avtomobilin arxaya hərəkət zamanı sükan idarəetməsini öz üzərinə götürəcək.  Piyadaların təhlükəsizliyini təmin edilməsi məqsədilə Octavia Front Assist sistemi ilə təchiz edilmişdir. Əlavə olaraq Parking Assist sistemi daha da təkminləşdirilmişdir. Arxa radarlar, Blind Spot Detection Rear Traffic Alert sistemləri avtomobilin zolağı daha təhlükəsiz  dəyişdirməsində və arxaya hərəkət zamanı sizə çox yardımçı olacaq. Arxa kamera görüntüsü bort monitorda avtomobilin ətrafında baş verənləri əks etdirir.

İnteryer

ŠKODA  Octavia-nın daha da komfortlu olması üçün avtomobilin hazırlanmasında yüksək keyfiyyətli materiallardan istifadə etmişdir. Avtomobil bir çox qabaqcıl funksiyalar ilə təchiz edilib. Yenilənmiş modelin salonunda bir çox yeni dizayn elementərindən istifadə olunub.

785b99db6a71218fdd6f3eff3a49e8e7

 Yeni ŠKODA Octavia-nın interyerinin fərqlənən xüsusiyyətləri: geniş və dəbdəbəli salon.

321bdb31820ad66084ae91166f98fa86

Yeni cihazlar paneli əvvəlkinə nisbətən daha çox üfüqi xəttləri ilə seçilir. Bundan başqa, avtomobilin bir çox sistemlərini idarə etməyə imkan verən çox rahat olan multifunksional sükan çarxını da qeyd etmək mütləqdir. Yeni horizontal dizayn elementləri salonun sağ və solundakı məkan genişliyini vurğulayır.​

50819ebb1d3ff0b1d45efb9e70558d0f

Sizin smartfonunuz üçün nəzərdə tutulmuş xüsusi ​Phone box, smartfonunuzu simsiz cərəyanla doldurmaq və avtomobilin damında yerləşən antenaya qoşulmaq imkanını yaradır.  

ad5b2d782b8bb5b78a8b447350f25416

ŠKODA Octavia-da çoxsaylı Simply Clever dəstinə aid qurğular movcuddur. Açar, telefon və xırda əşyalar üçün nəzərdə tutulmuş qab.

2ff393e0ee41ad35a0b2b6a6ff1c3a66

Octavia Combi modelinin yük bölməsidə yerləşən portativ, işıqdiodlu  fənər avtomobilin kuzovuna üzərində yerləşən maqnitlə yapışır. Qaranlıq vaxtı yolda və ya digər bir məkanda avtomobilinizin təkərini dəyişmək zərurəti yaranarsa, siz maqnitli fənəri avtomobilin kuzovuna yapışdırıb rahat şəkildə təkəri dəyişə bilərsiniz. 

34a47c90497c1ad1817162c8d9f2d8ea

Ən mükəmməl naviqasiya sistemi Columbus Wi-Fi ilə təchiz edilmişdir. Displeyin ölçüsü 9,2 düym təşkil edir (1280×640 pikselli).​

Ambition təchizatı yeni, qara-qəhvəyi rənglərin kombinasiyasından ibarət olub; alətlər paneli ümumilikdə qara rəngdən ibarətdir. Təchizatdan asılı olaraq Octavia əlavə opsiyalarla təkminləşdirilmişdir. Style Laurin & Klement komplektasiyalarının standart təchizatına qapılara dekorativ işıqlandırma sistemi əlavə olunub. Ensiz işıqdiodları zərif işıqlandırma görünüşü yaradır. Bu işıqlandırmanı, sizin seçiminizdən asılı olaraq 10 rəgdən biri ilə əvəz edə bilərsiniz. 

Komfort dəstində iki əsas yenilik də var: idarəetmə sükanının qızdıcısı və 3 ədəd açar. Sürücülərdən biri avtomobilin kilidini açdıqdan sonra, onun şəxsi parametrləri işə düşəcək. Bu yaddaş sistemi geniş əməliyyat sahəsini əhatə edir: sürmə profilinin seçimi, Climatronic, yardım sistemi, daxili və xarici işıqlandırma, informasiya-əyləncə sistemi və oturacaqların elektrikli tənzimlənməsi.