ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Rapid

Model


 

Yeni SKODA Rapid «Simply Clever» devizini təcəssüm etdirən bir çox ağıllı funksiyaları ilə fərqlənir! SKODA Rapid – özünün heyranedici dizaynı, geniş yük bölməsi, yüksək keyfiyyəti,münasib qiyməti, ən qabaqcıl təhlükəsizlik sistemlərinin mövcudluğu və qənaətcil mühərriyi ilə diqqəti cəlb edir.

Texnologiya və Dizaynın vəhdəti

Avtomobilin xarici görünüşü elə qurulub ki, xarici xəttlər ilə parlaq örtüyün vəhdəti avtomobili son dərəcə baxımlı edir. Bu da öz növbəsində Skoda Rapid modelini yeni model sırasında daha da zərif edir. Skoda loqotipi artıq dəyişilmiş formada- yaşıl rəngsiz, xrom örtüklü və qara rəngdən ibarətdir.Radiator toru və qabaq faraların konfiqurasiyası ənənəvi yığcam formadadır.

Ciddi, lakin eyni zamanda geniş salona malik olan Skoda Rapid funksionallığın və dəbdəbənin vəhdətini özündə birləşdirir. Oturacaqlar ilə tavan arasındakı məsafə və arxa oturacaqlar ilə ön oturacaqlar arsındakı məsafənin kifayət qədər geniş olması hətta hündür belə sərnişinin özünü rahat hiss etməsinə şərait yaradır. Yumşaq örtüklü materiallardan istifadə və oturacaqların bel nahiyəsinin hündür olması uzaq yola çıxdıqda sizin yolunuzu daha komfortlu edəcək.

 Qabaqcıl texnologiyalar

 Skoda rapid modeli- bu gün üçün sayılan ən son və qabaqcıl texnoloji yeniliklər ilə təchiz edilmişdir. 7-pilləli DSG sürət qutusu turbo mühərrikli 1.4 TSI/90kW (122 at.g.) modellərdə təqdim olunur.

 Skoda Rapid modelinin müxtəlif həcm və gücdə olan mühərriklərlə təchiz olunması istənilən müştərilərin ehtiyacını ödəməyə şərait yaradır.