ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Rapid

Rahatlıq


Skoda Rapid – bu rahatlılıq,yüksək təhlükəsizlik və geniş salon deməkdir. Ideal proporsiyalar,cəlbedici dizayn avtomobilin xarici görünüşünü daha da baxımlı edir. 

Avtomobilin ön hissəsi Skoda model sırasının yeni dizaynının tipik xüsusiyyətlərini özündə əks etdirir. Yeni loqotip avtomobilin kapot hissəsində ahəngdarlıqla yerləşdirilmişdir. Radiator barmaqlığı aydın xrom çərçivədə yerləşən şaquli qara plastiklərdən ibarətdir. Ön dumanəleyhinə fənərlər sanki, yonca yarpağının formasını yaradır.

Skoda Rapid modelinin - rahat oturacaqları və «sadəcə ağıllı» həll yolları -Rapid sizə uzaq yola çıxdığınız zaman maksimal rahatlıq bəxş edəcək. Həmçinin siz, avtomobilin praktikliyini artıran aksesuarlardan istifadə edə bilərsiniz.

Tutumlu Rapid – Sürücü və sərnişinlər heç vaxt salonda darısqallıqdan şikayət edə bilməzlər. O qədər də böyük ölçülərinə baxmayaraq (uzunluğu -4,48 m, eni-1,71 m, hündürlüyü-1,46 m) SKODA Rapid avtomobilinə rahat 5 nəfər əyləşə bilər.Salonun genişliyinə görə Skoda Rapid – öz sinfində liderdir. Avtomobilin yük bölməsi isə 550 litr təşkil edir. Bu da ailəvi avtomobilin ən vacib xüsusiyyətlərindəndir.

.