ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Rapid

Təhlükəsizlik


Ailəvi avtomobilin düşünülmüş seçimi!

Yeni Skoda Rapid — özündə keyfiyyəti,praktikliyi və ən əsas yüksəsk təhlükəsizliyi birləşdirir. Euro NCAP tərəfindən keçirilən kraş-test-in nəticələrinə əsasən 5 ulduza layiq görülmüşdür . Avtomobilin bu cür yüksək təhlükəsizliyini əsas götürərək sözün əsl mənasında Skoda Rapid modelini ailəvi avtomobil adlandırmaq olar.

Elektron Stabilləşmə Sistemi (ESC)

ESC və ya Elektron stabilləşmə sistemi sürücüyə yolda yaranan kritik vəziyyətlərdən çıxmağa köməklik edir. Avtomobilin döngədə sürüşmə zamanı, bu sistem işə düşərək avtomobilin yoldakı hərəkət istiqamətini tənzimləyir. Elektron stabilləşmə sistemi ABS,ASR sistemlərinin sensorlarının köməkliyindən istifadə edərək avtomobilin hərəkətini tənzimləməyə köməklik edir. Bu öz növbəsində təkərlərin bloka düşməsinin və sürüşməsinin qarşısını alır.

Təhlükəsizlik yastıqları

Təhlükəsizlik yastıqları

Təhlükəsilik yastıqları və kəmərlərin əsas məqsədi - qəza zamanı insan bədəninin daha az xəsarət almasıdır.

 

Kuzovun metal konstruksiyası

Kuzovun yüksək keyfiyyətli metal konstruksiyası istənilən qəza zamanı ən əsas təhlükəsizlik amillərindən sayılır. Bu cür yüksək dözümlü kuzov əldə etmək üçün xüsusi seçilmiş keyfiyyətli materiallardan istifadə edilmişdir.

Avtomobilin ön və arxa hissələri qəza zamanı zərbənin ən çox hissəsini öz üzərinə götürür.

Güclü zərbə zamanı xüsusi dayaqlar mühərrikin salona girməsinin qarşısını alır- mühərrik mövcud boşluğa girərək avtomobildəki sərnişinlərə təhlükə yaratmır.

Sükanın quruluşu frontal zərbə zamanı sükanın sərnişin üçün təhlükəli hərəkətinin qarşısını alır. Pedalların quruluşu qəza zamanı sürüşməni təmin edərək, sürücünün ayaqlarının xəsarət almasından qoruyur.

 

Digər təhlükəsizlik sistemləri

Yeni Skoda Rapid bütün sərnişinlərinin təhlükəsizliyinin qayğısına qalır. 2012-ci ildə Euro NCAP tərəfindən keçirilən kraş-testlərin nəticələrinə əsasən Skoda Rapid avtomobili «5 ulduz»-a layiq görulmüşdür.

Əsas təhlükəsizlik sistemlərinə əlavə olaraq Skoda Rpaid modelinə xüsusi əlavə funksiyaya malik təhlükəsizlik avadanlıqları təchiz edilmişdir:

 

ABS

təhlükəsizlik sistemi sürücünün qəflətən əyləci sıxan zaman və ya sürüşkən yolda əyləcdən istifadə zamanı avtomobilin təkərlərinin bloka düşməsinin qarşısını alır.

 
 

MSR

təhlükəsizlik sistemi sürücünün sürüşkən yolda qəflətən akselerator pedalından ayağını çəkdiyi zaman baş verən avtomobilin aparıcı təkərlərinin bloka düşməsinin qarşısını alır.

 
 
 
Əyləc assistenti əyləc sistemində təzyiqi artıraraq avtomobilin intensiv dayanmasına ehtiyac yaranan hallarda sürücüyə yardımçı olur. Bu əhəmiyyətli dərəcədə durma yolunun qısaldılmasına səbəb olur.
 
 

ASR

təhlükəsizlik sistemi sürüşkən örtüklü yollarda avtomobilin hamar yerdən götürülməsinə və təkərlərin boşuna fırlanmadan avtomobilin sürətləndməsinə yardımçı olur.
 
  
 
Əlavə təchizat kimi istifadə olunan dik yamacda yerindən hərəkətə gəlmə assistenti avtomobili təhlükəsiz hərəkətə gətirməyə köməklik edir. Sistem 5%-dən yüksək olan sıldırımlı yamaclarda avtomatik olaraq işə düşərək sürücüyə təhlükəsiz olaraq avtomobili əl əyləcindən istifadə etmədən hərəkətə gətirməyə yardımçı olur. Bu sistem avtomobilin arxaya getməsini və mühərrikin sönməsinin qarşısını alır.