ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Rapid Spaceback

Model


 

Rapid Spaceback - Skoda model sırasına məxsus olan kompakt sinfinə aid olan ilk heçbek tipli modeldir. Skoda-nın bütün yeni modelləri kimi Rapid Spaceback modeli də öz yeni dinamik dizaynı, rahatlığı,geniş və rahat salonu ilə diqqəti cəlb edir. Rapid Spaceback modeli Avropada bu seqmentdə olan ən çəx satılan avtomobil standartıdır.

Təqdim olunan mühərriklər

Rapid Spaceback modeli dörd benzin və iki dizel mühərrikləri ilə təqdim olunur. Bu müasir və qənaətcil mühərriklərin gücü 75-122 at gücünə kimi dəyişir. Ilk dəfə olaraq Rapid Spaceback modeli 90 at güclü 1,6 turbodizel mühərriklə təchiz edilmişdir. Bu mühərrikin sayəsində Rapid Spaceback modeli 100 km-ə cəmi 3,8 litr yanacaq sərf edir.Bunun nəticəsi olaraq ətraf mühitə buraxılan zərərli karbon dioksid qazının miqdarı 90 q/km-ə qədər azalmış olur.

  

 Dizayn

 Rapid Spaceback modelinin xarici görünüşü Skoda-nın digər yeni modellərinə bənzəsə də, özünəməxsus stili, dinamikliyi və idman görünüşü ilə seçilir. ŠKODA Rapid Spaceback modelinin kuzov hissəsində qabarıq xəttlər və təkər bazasının daha uzun (2602 mm) olması, bu modelin dinamik görünüşünü daha qabarıq biruzə verir. Bu modeli digər heçbeklərdən fərqləndirən cəhət Rapid Spaceback modelinin arxa hissəsində "C" və "D" sütunların arasında üçüncü yan şüşələrin olmasıdır.
 
Bu avtomobilin ən əsas üstünlüklərindən biri və özünəməxsusluğu şüşəli dam örtüyü ilə təchiz olunmasıdır. Şüşəli dam ön hissədən başlayaraq avtomobilin arxa hissəsinə kimi davam edir. Bunun sayəsində avtomobil ilə səyahət edərkən ulduzlu səmadan zövq almağa şərait yaradır. Rapid Spaceback modeli üçün iki növ baqaj örtüyü təklif olunur. Onlardan biri qeydiyyat nişanına kimi şüşəli örtüyün olmasıdır. Bu cür baqaj örtüyü şüşəli tavanın davamı kimi görsənərək avtomobilə xüsusi yaraşıq verir. Avtomobilin arxa şüşəsində yerləşən qara spoyler və arxa buferdə yerləşən qara diffuzor dinamik görüntünü tamamlamış olur.