RU

ŠKODA Azərbaycan – SKAZ Autohouse

Rapid Spaceback

Rahatlıq


Rapid Spaceback - modelinin interyeri yüksək keyfiyyətli materiallardan hazırlanmış alətlər paneli, idman üslublu,3 oxlu sükanı, xüsusi örtüklü oturacaqları ilə seçilir. ŠKODA-nın digər modellərində olduğu kimi , ŠKODA Rapid Spaceback modeli geniş və tutumlu yük bölməsinə malikdir.

 

Avtomobilin salonu həmçinin genişliyi ilə diqqəti cəlb edir. Rapid Spaceback modeli Rapid modelindən 18 sm. qısa olmasına baxmayaraq salonda sərnişinlərin rahatlığı üçün kifayət qədər yer vardır. Rapid Spaceback modeli öz sinfinin digər nümayəndələrindən arxa oturacaqlarda sərnişinlərin rahat əyləşməsi üçün geniş və hündür salonu ilə fərqlənir. Bu sözləri avtomobilin yük bölməsi haqqında da demək olar. Avtomobilin yük bölməsinin həcmi 415-1380 (arxa oturacaqların bel hissəsi büküldükdə) litrə kimi dəyişir. Bu da öz sinfində ən geniş yük bölməsi deməkdir.

   

Skoda Rapid Spaceback - modelində sizin rahatlığınız üçün bir çox maraqlı "Simply Clever" yeniliklərindən istifadə edilmişdir. Bunlara yanacaq doldurma çəninin qapaq hissəsində buzu təmizləmək üçün istifadəsi nəzərdə tutulan əşya, yük bölməsinin iki hissəli döşəməsi, stəkan,smartfon və telefon üçün nəzərdə tutulan qab,dayanacaq talonlarının saxlanmasında istifadə olunan tutacaq və s. bu kimi ağıllı yenilikləri misal gətirmək olar.

.