RU

ŠKODA Azərbaycan – SKAZ Autohouse

Rapid Spaceback

Təhlükəsizlik


ŠKODA Rapid Spaceback təhlükəsizlik baxımından ŠKODA-nın digər modellərindən geri qalmır. Avtomobildə quraşdırılan çoxsaylı təhlükəsizlik avadanlıqları sərnişinlərin təhlükəsizliyini təmin edir. Standart təchizata ön və yan təhlükəsizlik yastıqları,hündürlüyə görə tənzimlənən 3 nöqtəli təhlükəsizlik kəmərləri, tənzimlənən başaltlıqlar, ABS və ESC təhlükəsizlik sistemləri daxildir. Təhlükəsizlik sistemlərinə həmçinin ksenon fənərləri, təkərlərdəki havaya nəzarət sistemini, dumanəleyhinə fənərləri (döngələri işiqlandırma funksiyası) və dağa qalxma zamanı yardımçı sistemlərini aid etmək olar.

 

Yeni Skoda Rapid Spaceback bütün sərnişinlərinin təhlükəsizliyinin qayğısına qalır. Əsas təhlükəsizlik sistemlərinə əlavə olaraq Skoda Rpaid Spaceback modelinə xüsusi əlavə funksiyaya malik təhlükəsizlik avadanlıqları təchiz edilmişdir:

 

 

ABS

təhlükəsizlik sistemi sürücünün qəflətən əyləci sıxan zaman və ya sürüşkən yolda əyləcdən istifadə zamanı avtomobilin təkərlərinin bloka düşməsinin qarşısını alır.

 
 

MSR

təhlükəsizlik sistemi sürücünün sürüşkən yolda qəflətən akselerator pedalından ayağını çəkdiyi zaman baş verən avtomobilin aparıcı təkərlərinin bloka düşməsinin qarşısını alır.

 
 

Əyləc assistenti

əyləc sistemində təzyiqi artıraraq avtomobilin intensiv dayanmasına ehtiyac yaranan hallarda sürücüyə yardımçı olur. Bu əhəmiyyətli dərəcədə durma yolunun qısaldılmasına səbəb olur.

 
 

ASR

təhlükəsizlik sistemi sürüşkən örtüklü yollarda avtomobilin hamar yerdən götürülməsinə və təkərlərin boşuna fırlanmadan avtomobilin sürətləndməsinə yardımçı olur.
 
  

Əlavə təchizat 

kimi istifadə olunan dik yamacda yerindən hərəkətə gəlmə assistenti avtomobili təhlükəsiz hərəkətə gətirməyə köməklik edir. Sistem 5%-dən yüksək olan sıldırımlı yamaclarda avtomatik olaraq işə düşərək sürücüyə təhlükəsiz olaraq avtomobili əl əyləcindən istifadə etmədən hərəkətə gətirməyə yardımçı olur. Bu sistem avtomobilin arxaya getməsini və mühərrikin sönməsinin qarşısını alır.