RU

ŠKODA Azərbaycan – SKAZ Autohouse

Superb

Rahatlıq


eb591a0a65cc2b0b1668c0c7134967c9

Superb ilə birlikdə öz həyat ritmini idarə et

Bu avtomobilə əyləşdikdə siz rahat və dəbdəbəli həyatdan zövq alacaqsız. Yalnız siz öz həyat tempinizi müəyyən edirsiniz . Istər işgüzar görüşə yola düşürsüz, istərsə də ailənizlə istirahətə gedirsiniz.

Mühərriki işə saldıqdan sonra işıqlandırma sistemi avtomatik olaraq «sürmək rejiminə» keçir. «Yüksək dizaynlı» və yalnız bir toxunuşla parlaqlığı dəyişə bilən işıqlandırma sisteminə malik olan bu avtomobil sizə idarəetmədən zövq almağa şərait yaradacaq.

a59d7f348c88b0f02307be16abb4c59b

Üç zonalı kondisioner sistemi

Bu avtomobil tam yeni nəsilə aid olan kondisioner sistemi ilə təchiz edilmişdir. Bu sistemin köməyi ilə avtomobilin salonunda optimal temperatur şəraiti təmin edilir. Sürücü və sərnişinlər ayrı-ayrılıqda temperetur dərəcəsini öz istəklərinə uyğun olaraq tənzimləmək imkanına malikdirlər. Bununlada siz ailənizlə birlikdə rahatlıqla səyahətə çıxa bilərsiniz.

5f834ddb0d07759018d4c01f90ccbab8

Adaptiv şassi idarəetmə sistemi (DCC)

ŠKODA Superb — şirkətin ilk yeganə modelidir ki, dinamik şassi idarəetmə sistemi (DCC) ilə təchiz edilmişdir. Həmçinin avtomobil Driving Mode Selection sistemi ilə təchiz olunmuşdur. Bu sistemin köməyi ilə siz avtomobilinizi üç rejimdə idarə edə bilərsiniz: Normal, Sport və Comfort.

 

e29ca2a72406da7cde4ffe6bd0f47808

25cd521c4e52465c1fc92ced6ee3ba2d

Çoxfunksiyalı kamera

Superbin zəngin funksiyalarından biri rahatlığı və təhlükəsizliyi artıran çoxfunksiyalı kamera sistemi ilə təchiz edilməsidir. Bu kamera arxa görüntü güzgüsündə yerləşdirilməklə zolağla hərəkət köməkçisi- Lane Assist sistemi, yol nişanlarının tanıma - Travel Assist sistemi və işıqlandırma sisteminin avtomatik idarə olunması və maskalanması - Light Assist, Smart Light assist sistemləri ilə birgə çalışır.

9e840cade38885b7e2adbd3549e47449

Ventilyasiyalı ön oturacaqlar

Qış mövsümündə oturacaqların qızdırılması və isti yay aylarında sərinləşdriliməsi sistemi? Superb istənilən havaya hazırdır! Əlavə təchizat olaraq ön və arxa oturacaqların qızıdıırlması sistemi təklif olunur.Həmçinin ön oturacaqları ventilyasiya sistemi ilə təchiz etmək mümkündür.

 

2c0c6e66b7658db21cb1bcf14b722270

KESSY — avtomobilin avtomatik açılması və işə salınması sistemi

Artıq Superbinizin qapılarını və ya mühərriyi işə salmaq üçün açardan istifadə etmədən mümkündür. KESSY idarəetmə blok sistemi (Keyless Entry, Start and exit System; açarsız mühərriyin işə salınması və avtomobilə daxil olmaq) avtomobildən 1,5 metr məsafədə açarı tanımaq imkanına malikdir. Avtomobilinizi açmaq istədikdə əlinizi qapının tutacağına uzadaraq aça bilərsiniz. Mühərriyi işə salmaq üçün düyməni sıxmaq kifayət edir.

82096726f07c32aa67fb73a1177e96cd

"Ağıllı" yük bölməsindən istifadə edin

Yük bölməsinin qapısı sürücü oturacağının yaxınlığında yerləşən düyməni sıxmaqla,pultla və ya yük bölməsinin qapısında yerləşən düyməni sıxmaqla aça bilərsiniz. Avtomobil vertual pedal adlı sistemlə təchiz edilə bilər.Bu sistem bilavasitə KESSY sistemi ilə birgə quraşdırılır.

 

544ced107d91a29aeb7f79dde393aaa7

Elektriklə tənzimlənən durma əyləci

ŠKODA Superb — şirkətin elektriklə tənzimlənən durma əyləci ilə təchiz olunmuş ilk avtomobilidir. Bu sistemin köməkliyi ilə ön oturacaqlar arasındakı genişliyi əldə etməyə və təhlükəsizliyi, rahatlığı artırmağa imkan yaratdı. Əyləc sistemi avtomobili avtomatik saxlama sistemi ilə təchiz edilmişdir. Bu ssistemin köməkliyi ilə avtomobilin arxaya yuvarlanmısının, hərəkətə başlayarkən avtomobilin arxaya getməsinin qarşısını almaqla sürücünün əlavə olaraq əyləcdən istifadə etməsini aradan qaldırmış olur.

Ön şüşə qızdırılma sistemi ilə

ŠKODA istənilən şəraitdə sizin rahatlığınız barədə düşünür. Ön şüşənin qızdırıcı elementi kimi şəffaf folqa ClimaCoat (əlavə təchizat) istifadə olunur. Həmçinin bu şəffaf folqa intensiv günəş şüalarından müdafiə edir.