ŠKODA Azərbaycan
RU

ŠKODA Azərbaycan – SKAZ Auto

Superb Combi

Təhlükəsizlik


Kim yolda sizi qoruyur?

Srücünün təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün ŠKODA Superb bir qrup tam yeni yardımçı sistemlər ilə təchiz edilmışdir. Əvvəllər bu kimi təhlkəsizlik sistemləri daha üstün sinfə sahib olan avtomobillərdə tətbiq edilirdi.  ŠKODA Superb- in standart təchizatına - Electronic Stability Control (ESC) sabitlik sistemi və qəza vaxtı təcili dayanma sistemləri daxildir.

7135a8d9065c2f2610fab241eaef263f

 

Front Assist

Front Assist Sistemi – ön məsafəyə nəzarət sistemi.

Front Assist sistemi sürücünü öndə gedən avtomobil ilə toqquşma təhlükəsi barədə xəbərdarlıq edir, qaçılmaz qəza şəraitində isəəyləc sistemini işə salaraq yaranacaq toqquşmanın nəticələrini minimum həddəçatdırır.

Front Assist ön məsafəyə nəzarət sisteminin  tərkibinə radiator barmaqlıqlarında yerləşən radar sensorları  daxildir. Bu sensorların köməyi ilə sistem öndə gedən nəqliyyat vasitəsinə qədər olan məsafəyə nəzarət etmək imkanına malikdir.

Öndə gedən avtomobil ilə məsafə çox azalarsa və toqquşma ehtimalı yaranarsa və sürücü buna məhəl qoymursa sistem avtomatik işə düşərək idarəetmə prosesinə qarışaraq 4 halda özünü göstərir:

  • Təhlükəsiz məsafənin pozulması barədə vizual xəbərdarlıq,
  • Akustik və vizual xəbərdarlıq siqnalları,
  • Əyləc pedalının avtomatik titrəməsi,
  • Avtomatik olaraq əyləc sisteminin işə düşməsi  qəzanın qarşısının alınması və ya yaranacaq qəza nəticəsinin azaldılması.

759a6d212005263530cc405bf6b70383

 

Blind Spot Detect


Kor zonalara nəzarət - Blind Spot Detect sisteminin sürücünü zolaqları dəyişərkən məhdud görüntü zonasında hərəkət edən avtomobillər haqqında xəbərdarlıq edir.


ŠKODA Superb-in arxa bamperində yerləşən iki ədəd sensorların vasitəsilə avtomobilin ətrafında və 20 metrə qədər arxada olan maneələr barədə xəbərdarlıq edir.


Hərəkət zamanı kor zonada hərəkət edən avtomobil olduqda yan görüntü güzgülərdə xəbərdaredici işıq indikatoru yanmağa başlayır. Sürücü sol tərəfə dönmək istədikdə indikator siqnal səsi çıxardaraq sürücünü təhlükə barədə xəbərdar etmiş olur.

Kor zonalara nəzarət sistemi avtomobil 10 km/s və daha artıq sürətlə hərəkət zamanı işə düşür.

 

860ec9369ba7bfd1d512bed1b9ded08a

 

Crew Protect Assist sürücü və ön sərnişinin proaktiv müdafiə sistemi


Bu sistem qəza şəraitlərinin minimuma enməsi üçün digər sistemlərin fəaliyyətlərini əlaqələndirir.

Yeni ŠKODA Superb  avtomobili ikili Crew Protect Assist sistemi ilə təchiz edilmişdir. Bu sistem avtomobildə digər sistemlərlə əlaqəli fəaliyyət göstərir : 

  • Təhlükəli hallar zamanı ön təhlükəsizlik kəmərləri dartılaraq baş verə biləcək hər hansı təhlükəli qəza şəraitindən sərnişin və sürücünü qorumuş olur. Həmçinin bu sistem Elektron Stabilləşmə sitemi (ESC) ilə əlaqəli şəkildə işləyir və qəza vaxtı avtomatik olaraq yan şüşələri və panoramalı lyuku bağlayaraq avtomobilə yad əşyaların daxil olmasına imkan vermir.
  • Digər, daha yüksək səviyyəli sistem isə ön sensor ilə əlaqəli fəaliyyət göstərir. Adaptiv kruiz-kontrol sisteminin ön sensorlarının köməyi ilə avtomobil yolda yaranan təhlükəni qabaqcadan görərək sürücü və sərnişinlərin həyatını qorumuş olur.

Zolaqla hərəkət köməkçisi - Lane Assist

4ba902b9764c029a59637a194dfe0d8a

8ce9ac5e369fe5492a053589ed0921ab

 

Tıxaclarda hərəkət zamanı yardımçı sistem-Traffic Jam Assist


Bu sistem tıxaclarda və nəqliyyat vasitələrinin sıx olan yollarda sizin rahat və təhlükəsiz hərəkət etməyinizə yardımçı olur. Traffic Jam Assist sistemi işə düşərkən adaptiv kruiz-kontrol və Lane Assist sistemləri ilə birgə fəaliyyət göstərir.

Yol tıxaclarında  Lane Assist sistemi  avtomobilin yolda zolaqda saatda 60 km/s. aşağı sürətlə hərəkət etməsinə yardımçı olur. Bu sistemlə bərabər olaraq adaptiv kruiz-kontrol sistemi qoşduqda, sükanın idarə olunması, sürətlənmə və dayanma avtomatik olaraq həyata keçirilir.  Bu sistemin işləməsi üçün sürücünün əlləri sükan üzərində olmalıdır. 

 

 

7434d0af90c6c628f83aa5c74823c26d

 

Təcili dayanma köməkçisi

Emergency Assist


Təcili dayanma köməkçisi sürücü avtomobili müstəqil idarə edə bilmədiyi zaman işə düşür.

Müəyyən bir müddət sürücü tərəfindən sükan toxunulmaz qalarsa və digər hərəkətlər qeydə alınmarsa, bu zaman xəbərdaredici siqnal səsi eşidilir. Əgər bu zaman sürücü heç bir reaksiya vermirsə sistem bir anlıq hərəkət istiqamətindən uzaqlaşır. Sürücü tərəfindən heç bir reaksiya olmadıqda avtomobil təmamilə dayanır və bu zaman avtomobilin təhlükəsizlik xəbərdaredici işıqları qoşulur.

Təcili dayanma köməkçisi sistemi DSG sürət qutusu, adaptiv kruiz-kontrol və Lane Assist sistemləri ilə birgə fəaliyyət göstərir.

 

İşığın idarə olunması sistemi

Smart Light Assist

Yolun yüksək səviyyədə işıqlandırılması və avtomobilin görünmə dərəcəsinin yüksək səviyyəsi.


Avtomobilin görünmə dərəcəsinin yüksək səviyyəsi təhlükəsiz hərəkətin əsas amillərindən biridir. İnnovativ işıqlandırma sistemlərinə malik olan  ŠKODA Superb avtomobili yolun tam şəkildə görünməsini və avtomobilin görünmə dərəcəsini artırmağa şərait yaradır. Avtomobilin ön fənərləri hallogen fənərlərdən və ya biksenon işıqlardan ibarət olur. Bu fənərlər adaptiv işıqlandırma (AFS) və LED tipli gündüz işıqlandırma sitemlərindən ibarət olur.

İlk dəfə olaraq uzaq işıqlar üçün maskalanma funksiyası mövcuddur. Yeni Superb-in standart təchizatına arxa LED tipli fənərlər, arxa bamperdə isə hər iki tərəfdə reflektorlar yerləşdirilmişdir.

AFS tipli biksenon fənərlər hava şəraitindən, avtomobilin hərəkət sürətindən və yol şəraitindən asılı olaraq işıqlandırma dərəcəsini özü tənzimləyir.

Smart Light Assist  İşığın intelektual idarə olunması sistemi yol şəraitindən asılı olmayaraq yolu optimal işıqlandıraraq təhlükəsizliyinizi qorumuş olur.

Bu sistem özundə bucağın dinamik tənzimlənməsini və uzaq işığın maskalanması funksiyalarını birləşdirir. Çoxfunksiyalı kameranın köməyi ilə qaranlıqda qarşıdan yaxınlaşan nəqliyyat vasitələrini gördükdən sonra, Smart Light Assist işıqlandırma sistemi uzaq işığı avtomatik olaraq yaxın işığa keçirir. 

Zərurət yarandıqda isə bu sistem uzaq işığı söndürmür.«Maskalanma» funksiyasını aktivləşdirir. Bu o demakdir ki,sürücü yol boyu hərəkət edərkən uzaq işıqlardan istifadə edə bilər. Bu funksiya qarşıdan hərəkət edən digər sürücülərin görüntüsünü məhdudlaşdırmır və  heç bir maneə yaratmır.

Light Assist sistemi

Bu sistem avtomatik olaraq uzaq işığı yandırıb söndürür.

Çoxfunksiyalı kameranın köməyi ilə qaranlıqda qarşıdan yaxınlaşan nəqliyyat vasitələrini gördükdən sonra, Light Assist işıqlandırma sistemi uzaq işığı avtomatik olaraq yaxın işığa keçirir.

Light Assist  avtomatik olaraq uzaq işığı idarə edir. Avtomobil 60 кm/s sürətdən yüksək sürətlə hərəkət etdikdə və kifayət qədər qaranlıq olduqda  bu sistem avtomatik olaraq uzaq işıqları yandırır. Bu funksiya qarşıdan hərəkət edən digər sürücülərin görüntüsünü məhdudlaşdırmır və  heç bir maneə yaratmır.

Təhlükəsizlik yastıqları və qəza vaxtı müdafiə

Qəza zamanı sürücü və sərnişinlərin zədələnməməsi üçün avtomobildə kopleks müdafiə avadanlıqlardan istifadə olunmuşdur: doqquz ədəd təhlükəsizlik yastıqları (maksimal sayda), üçnöqtəli təhlükəsizlik kəmərləri və baqaltlıqlar.

9 ədəd təhlükəsizlik yastıqları

Təhlükəsizlik yastıqlarının təhlükəsizlik kəmərləri ilə istifadəsi ona görə nəzərdə tutulur ki,-qəza zamanı sürücü və ya sərnişinlərin bədən nahiyələrinin avtomobilin hər hansı bir ağır predmetlə toqquşmasının qarşısını almaqdır və ya zərbənin təhlükəsini minimuma endirməkdir.

 

0be22a01a34f539faa27b24810d62a9c 4a2a500d6f6cc257bdbc54579d8d79be

a2e8deb45a11fbffc3596667aa9be669 68a6d4cc50f5f10f863b0c4211069507

596924ca051ce297174cac61bccc92d9 952ddd8aedf8a2d19d962361c2e9fdc3

a3601dc26f3938e6eeef4d8be57ab96a d72061686d8f99f46a19d429ac97b1f0