SUPERB

Gözlərinizi çəkə bilməyəcəksiniz

SUPERB

Yeni Skoda Superb

Siz Superb modelinə bir dəfə diqqət yetirsəniz, sonra gözlərinizi bu avtomobildən çəkə bilməyəcəksiniz.

Tam yeni ŠKODA Superb modelinnin dinamik,dəqiq və valehedici ön hissəsi sizin diqqətinizi cəlb edəcək. Enli radiator barmaqlığı,iri qabaq hissə,enli kapot avtomobili vizual olaraq daha da dinamik və dəbdəbəli göstərir. Yeni dizaynda hazırlanmış iri ön fənərlər və dumanəleyhinə fənərlər Superb avtomobilini unudulmaz edir.
Uzun təkər bazası, qısa dam və uzadılmış arxa şüşə, uzadılmış kuzov avtomobilə idman görkəmi “kupeyə bənzər” silueti yaradır.
Qabarıq,inanılmaz,möhtəşəm bir dizayna malik olan flaqman modelinin arxa iri LED tipli fənərlər ilə təchiz etmişik.

 

Güc

Yeni ŠKODA Superb modeli yeni nəsil benzin və dizel tipli mühərriklər ilə təchiz edilmişdir. Bu mühərriklər nəinki gücü,həmçinin ekoloji təmizliyi ilə seçilir. Mühərriklərin gücü 119-dan 280 at gücü qədər dəyişir. Yanacaq sərfiyyatı 100 km. məsafəyə cəmi 3,8-7,1 litr təşkil edir. 

Salonun genişliyi.

Yeni Superb-in daxilindəki genişliyi hiss edin.

Avtomobildə sərnişinlərin rahatlığı üçün genişləndirilmiş salon Superb modelini yeni səviyyəyə ucaltdı!

Avtomobilin oturacaqlardan salonun tavanına kimi 980 mm hündürlüyə sahib olması rahatlığı daha da artırır.

Daha da diqqətə layiq avtomobilin yük bölməsinin inanılmaz genişliyidir- 584 litr olmasıdır. Superb öz sinfində ən geniş yük bölməsinə malik olan avtomobildir. Avtomobilin arxa oturacaqlarının bel hissələrini qatlamaqla yük bölməsini 1719 litrə qədər böyüdə bilərsiniz.

Qabaqcıl rabitə vasitələri

Yeni Superblə dil tapmaq daha da asan oldu

ŠKODA Media Command- sisteminin köməkliyi ilə siz smartfonunuzu avtomobilə qoşmaqla, multimedia xüsusiyyətlərinə nəzarət edə bilərsiniz.

Zamanın önündə Dizayn

Yeni ŠKODA SUPERB’in dizaynı, kəskin və geometric xətlər, saf və zərif səthlər və zərif cizgilər ilə tamamlanmışdır.

Qüsursuz və güclü

ŠKODA SUPERB yenilənən barmaqlığı ilə özünəməxsus və dinamik bir təəssürat yaradır. Full Led faralar və standart olan Led duman işıqları yeni SUPERB-in ön tərəfinəd gözə çarpan ilk nüanslardandır.

Yüksək özgüvənli

Özünə güvənən və diqqət çəkici  olan SOKDA SUPERB yenidən dizayn olunan TOP LED arxa faralarla ve 3D dönmə işıqları ilə təchiz olundu. Baqaq qapısında yer alan yeni SKODA logosu isə zərif bir xrom detalı ilə dizaynı tamamladı.

FULL LED MATRİX İŞIQLANDIRMA

Uzaq işıqlandırmanın bucağını gerçək zamanlı olaraq tənzimləyə bilən Full Led Matrix Faralar, daha yaxşı görülmənizi və daha yaxşı görmənizi təmin edən yüksək texnoloji bir işıqlandırma təqdim edir. Yeni SKODA SUPERB-in Laurin& Klement Crystal versiyasında təqdim edilən kəskin baxışlı Matrix işıqlandırmalar gecə səyahətlərini daha təhlükəsiz hala gətirəcək.

Izdihamlı tıxac köməkçi sistemi

Adaptiv sürət tənzimləyici və zolaq izləmə sistemi, tıxac köməkçi sistemi, DSG sürətlər qutusu ilə birlikdə işləməsiylə avtomobiliniz ilə izdihamlı tıxacda belə avtomatik sürüş təcrübəsi yaşaya bilərsiniz.

Piyada izləmə sistemi

Piyada izləmə sistemi Ön radar və qəza bildiriş sistemlərinin birgə işlədiyi ortaq təhlükəsizlik sistemidir. Hər hansı bir qəza ehtimalı olan zaman, baş verə biləcək qəzanın nəticələrini minimuma endirmək üçün SUPERB avtomatik olara əyləc sistemini aktiv edir.

Zolaq izləmə sistemi

Zolaq izləmə sistemi zolaqları aktiv şəkildə tanımaq üçün yan güzgülərə quraşdırılan kameraları istifadə edir və zolaqdan çıxdığınız təqdirdə zolağa qayıtmağınız üçün sizi xəfif sükan titrəməsiylə xəbərdar edir və avtomatik olaraq avtomobilinizi zolağ daxilinə yönləndirir. Bundqan əlavə, lazım olduğu təqdirdə səsli və visual mesajlar göndərə bilir.

Zolaq Dəyişdirmə sistemi

Yeni SKODA SUPERB-in arxa tərəfində yerləşdirilən 2 radar sensoru vasitəsilə 70 metrlik məsafəni izləyən Zolaq Dəyişdirmə sistemi, kor nöqtələrdən yaxınlaşan nəqliyyat vasitələrini təyin edər və uğurlu şəkildə zolaq dəyişdirməyiniz üçün sizə yan güzgülərin yanında quraşdırılan LED işıqla xəbərdarlıq edər.

Parkinq Manevr Sistemi

Superb saata 40 km sürətlə hərəkət edərkən Smart Parkinq sistemi ilə birlikdə işləyərək uyğun parkinq yeri axtarmağa davam edir. Qəbuledicilər kifayət qədər geniş ərazi tapdığı zaman (Avtomobil uzunluğu + 80sm) system avtomatik olaraq sizin əvəzinizə avtomobilinizi parkinq edir. Sürücünün sadəzə qz və əyləc pedalları ilə sürəti idarə etməsi kifayətdir.