FABİA

Öz stilini təcəssüm etdir

FABIA

Yeni ŠKODA FABIA avtomobilinə sahib olaraq, hər zaman bir addım öndə olun. İstənilən yolda avtomobilinizin nələrə qadir olduğunu hiss edin.

Kompakt ölçülər – Geniş salon

Kompakt ölçülər hesabına məhdud məkan şəraitlərində, məsələn, dolu avtomobil dayanacaqlarında park edərkən və ya dar küçələrdə dinamik hərəkət zamanı manevr etmək üçün ideal avtomobildir. FABIA geniş salon və yüksək tutuma malik, çoxfunksiyalı şəhər avtomobilidir. O, istənilən tapşırığın öhdəsindən gəlir.

Avtomobilin özünəməxsus görünüşü, ağıllı və funksional avadanlığı və Simply Clever-in unikal xüsusiyyətləri sayəsində siz hər zaman unikal olacaqsınız.  

Özünə inamlı və geniş salona malik olan, yüksək keyfiyyətli materiallardan istehsal olunan Fabia, nəinki ətrafdakıları təəccübləndirir, həm də gənc ailənin ehtiyacları üçün ideal seçimdir.

Yeni Fabia müasir şəhər avtomobilinin xüsusiyyətlərini özündə cəmləşdirən etibarlı, qənaətcil, eyni zamanda sürətli bir avtomobildir. Yüngül lehimli disklərin ölçüsü artıq 18 düyma qədər böyümüşdür. Yeni Fabia yenilənmədən sonra geniş radiator barmaqlığını, işıqdiodlarından hazırlanmış ön fənərləri, yeni formaya malik С-şəkilli arxa LED işıqları əldə etmişdir. Növbəti addım- sizin avtomobilinizin xarici görünüşünü stilinizə uyğunlaşdırmaqdır.

Həftəsonu əla səyahətdən zövq alın

Avtomobil ilə gəzintiyə hazırlaşırsız və ya şəhərdən uzaq bir yerə getmək istəyirsiniz? Öz marşrutunuzu naviqasiya sistemində yerləşdirin. Səyahətiniz bitdikdə, çirkli əşyalarınızı, ayaqqabılarınızı  ikitərəfli baqaj örtüyünün üzərində yerləşdirin. Əgər səyahət zamanı yorulsanız, Driver Alert sistemi sizi yol boyu izləyəcək və lazım gələrsə sizə avtomobili dayandırmağı təklif edəcək.

Dostlarınızla səyahət edin

İş günü bitdi, axşam hələ də irəlidədir, dostlarını kinoya dəvət etməyə neca baxırsan? Siz yol boyu əylənəcəksiz, sizin sərnişinləriniz panoramalı tavanın görünüşündən zövq alacaqlar. Söhbətinizi bitirdikdə isə, Wİ-Fİ qoşulma və planşet tutacağı yol boyu sizi əyləndirəcək.

Uşaqları səyahətə aparın

Bir gün istirahət götürün, çantalarınızı yığın və ailənizi yeni bir macəraya aparın. Fabia asanlıqla hər yaşda olan uşağın öhdəsindən gələcək. Uşaq oturacağını İsofix sistemi ilə bərkidin. Qapılarda zibil qutuları və 0,5 l və 1,5 l-lik su qabları üçün yerlər vardır. Arxa sərnişinlərin əylənməsi üçün iki ədəd USB-port mövcuddur.

Şəhərdə səyahət

Fabia şəhərin dar və tıxaclı yollarında gündəlik hərəkət etmək üçün ideal avtomobildir. Praktik ölçüləri və əla dinamik xüsusiyyətlərindən əlavə, avtomobil hill-start assist funksiyası ilə təchiz edilmişdir. Alış-veriş edərkən, siz tam arxayın ola bilərsiniz, sizin smartfon avtomobilinizin harada park etdiyinizi sizə bildirəcək. Parking Position funksiyası sizə yardımçı olacaq.

Harada olursunuzsa olun, hər kəsin diqqəti sizdə olacaq  

Fabia ətrafdakı izdihamdan seçilərək, sahibinin şəxsiyyətini ifadə edir. Yalnız heçbek versiyası üçün hazırlanmış ColourConsept bir çox opsiyalar təklif edir. Azadlığı seçin, hər şey sizin əlinizdədir. Siz kuzovun, tavanın, disklərin, yan güzgülərin və interyerin rəngini zövqünüzə uyğun seçə bilərsiniz.

Velosiped sürməyi sevirsiniz

Sadəcə olaraq evdə planlaşdırdığınız səyahət marşrutunu Online Route İmport vasitəsilə naviqasiya sisteminə yükləyin və cəsarətlə yola düşün. Siz velosipedinizi avtomobilin damında və ya xüsusi qurğunun köməyi ilə avtomobilinizin arxa hissəsində yerləşdirərək, təhlükəsiz və rahat istədiyiniz yerə apara bilərsiniz.

Məzuniyyətə çıxın

Bu yay ailənizlə bərabər şəxsi avtomobildə səyahətə getməyə necə baxırsınız? Fabia modelində çoxlu yer var. Lakin yükünüz çox olarsa,  siz avtomobilin damına xüsusi yük qutusu bərkidə bilərsiniz.

Balaca dostunuzla gəzintiyə çıxın 

Naviqasiya sistemində gəzinti üçün yeni yerlər tapın və oradakı havanı yoxlayın.

Ev heyvanlarının daşınması üçün nəzərdə tutulmuş, oturacaqlar və yük bölməsinin üzərinə qoruyucu örtüklər – lazımlı aksesuardır. Səyahət edərkən, iti təhlükəsiz saxlamaq üçün itlər üçün təhlükəsizlik kəmərlərindən istifadə etməyi məsləhət görürük.

Genişlik və keyfiyyət bir arada

Özünüzü evinizdə kimi hiss edəcəyiniz FABİA geniş daxili həcmi ilə birlikdə  keyfiyyətli materiallar və innovativ detallarla təmin olunmuşdur.

Fabia-da hər kəsə yer var

Uşaqlarınızla birlikdə təhlükəsiz səyahət keyfi! İSOFİX və TOP Tether təhlükəsizlik nöqtələri ilə FABİA-da azyaşlı səyahətçilərin təhlükəsizliyi ön plana alınmışdır.

FABİA-nın bacarıqları ilə sizi  təəccübləndirəcək

305 litrlik baqaj bölməsiylə seqmentində fərq yaradan FABİA, oturacaqlar qatlandığı zaman 1125 litrlik baqaj həcmi sizə təklif edir. 1915 mm uzunluğundakı baqaj bölməsi və 695 mm tavan hündürlüyü ilə FABİA, səyahətlərinizdə yanınıza alacağınız əşyalar mövzusunda daha azad hiss etməyiniz üçün dizayn olunmuşdur.

Kor nöqtə aşkarlama sistemi

Yeni FABİA sizin görmədiklərinizi görür. Kor nöqtə sistemi vasitəsilə güzgülər vasitəsilə görünməyən və digər  kor nöqtələrdən yaxınlaşan maneə və ya nəqliyyat barəsində sizə məlumat ötürülür. Beləliklə, güvənli şəkildə zolaq dəyişdirməyinizə və ya manevr tamamlamağınıza yardımçı olur.

Arxa zona xəbərdarlıq sistemi

Istəyə bağlı təklif olunan Arxa Zona xəbərdarlıq sistemi, park etdiyiniz ərazidən çıxarkən arxa sensorlar vasitəsilə kor nöqtələrdə qalan avtomobillər barədə sürücüyə məlumat ötürür.

Ön Zona əyləc sistemi

İstəyə bağlı təklif olunan Ön Zona əyləc sistemi qəza təhlükəsinə qarşı sürücüyə xəbərdarlıq edir, sürücünün reaksiya vermədiyi qəza ehtimal anlarında isə avtomatik olaraq əyləc sistemini aktiv edir.

SWING VƏ SWING+ MULTİMEDİA SİSTEMİ

Modelə bağlı olaraq FABİA-da olan 6.5 inç, 800x400 piksel görüntü imkanlı ekranı ilə SWING multimedia sistemi, SD card girişinə və smart cihazlarınızı idarə edə biləcəyiniz USB portuna sahibdir. Swing+ multimedia sisteminde isə smart cihazlarınızla çox daha rahat kommunikasiya qura biləcəyiniz SmartLink+ və əyləncəli səyahət keçirməyinizi təmin edəcək innovativ 6 səsgücləndiricisiylə SKODA Sound səs sitemi təklif olunmaqdadır.