Yayın son günlərində xoş vaxt keçirtmək məqsədilə Škoda Azerbaijan avqust ayının 29-da paytaxtın ən yaxşı klublarından biri olan Opera Sky-da təşkil olunmuş elektron musiqi gecəsinin baş sponsoru oldu. Minskdən gəlmiş xüsusi qonaq DJ Panz, eləcə də hər kəsin sevimlisi DJ Shock və onun komandası gələn qonaqlara pozitiv və xoş əhval-ruhiyyə bəxş etdilər. Skaz Avto şirkətinin vitse-prezidenti cənab Qasım Bağırzadə qonaqları salamladıqdan sonra 300 qonaqdan ibarət yığıncağa start verildi. Qonaqlar gecədən zövq almaqla yanaşı, Škoda Azerbaijan-ın yenilikləri ilə yaxından tanış oldular.

Elektron musiqi - elektron vasitələrin köməyilə yaradılmış səs kollajları bu janrı sevənləri ətrafına toplamaqla yanaşı, nümayiş olunan avtomobilləri "texnologiyanın gücü musiqidə olduğu kimi avtomobildə də möhtəşəmdir" prinsipinə əsaslanaraq tamamlayırdı.

Gecə boyu keçirilən promo-aksiyalara məlumat bukletlərinin paylanması, qurulmuş monitorlarda imic çarxların nümayişi, brendin məhsulları və aksessuarları ilə daha ətraflı tanışlıq daxil idi. Sonda bu modellərin məhz gənclər üçün nəzərdə tutulduğu daha aydın şəkildə nümayiş olundu. Parlaq güllü qamma və "Mirror Link", "Parkopedia", "Smart Gate", "Front Assist", "City Emergency Braking" kimi müasir texnoloji sistemlər bunu bir daha sübut edir. Bütün bunlar daima diqqət mərkəzində olmaq və rəqibləriniz arasından öz individuallığınızla seçilmək üçün əla fürsətdir. Avtomobilin yüksək funksionallığı, hərəkət zamanı inanılmaz rahatlığı və kompromissiz keyfiyyəti dünya üzrə Skoda istifadəçilərini digərlərindən fərqləndirən xüsusiyyətlərdir.

Škoda avtomobillərinin faizsiz krediti artıq iki illik müddətə təklif olunur. Yüksək keyfiyyətli servis mərkəzi, hər bir yüksək tələbə cavab verən və brend avtomobillərini aldıqdan sonra verilən 5 illik zəmanət sizin rahatlığınızı təmin edəcək.

Ünvan: Ziya Bünyadov, 71C
Mob.: +994 
50 235 84 84

Facebook: Skoda Azərbaycan