ŠKODA Азербайджан
AZ

ŠKODA Азербайджан – SKAZ Auto

Skoda Azerbaijan


21/5/2018

Salam Dostlar!

Cenevrədə keçirilən avtomobil sərgisində Skoda reystaylinq olunmuş Fabia modelini nümayiş etdirdi. Populyar SuperMini xarici görünüşündə və həmçinin mühərrik qammasında da yeniliyə uğradı (daha dizel mühərriki yoxdur). 
Ən çox dəyişiklik avtomobilin ön optikasında edilib. Ön fənərlərin aşağı hissəsində diod işıqlar əlavə olunub. Dizaynerlər avtomobilin ön bamperində xırda düzəlişlər ediblər. Arxa LED fənərlərin görünüş optikası Octavia modelində olduğu kimi dəyişilib. İlk dəfə olaraq Fabia 18 düymlük təkərlər ilə sifariş verilə biləcək.

Avtomobilin interyerində dəyişiklik edilməsə də, avtomobil oturacaqları yeni forma və örtüklər ilə təqdim edildi. Swing multimedia sistemi (6,5- düymluq “touch-screen”) Apple CarPlay dəstəkləmə , Android Auto və MirrorLink, həmçinin Skoda Connect onlayn- servis funksiyaları ilə təchiz edildi. 
Əlavə təchizat kimi Skoda Fabia modeli kor zonalar sistemi, adaptiv işıqlandırma sistemi, arxaya hərəkət zamanı toqquşmanın qarşısını alan opsiyalar ilə təchiz oluna biləcək. "Simply Clever" paketində buzu qaşımaq üçün avadanlığa "xəttkeş" əlavə edilmişdir. Bu xəttkeşin köməyilə siz təkərlərin protektorlarının qalınlığını ölçə biləcəksiniz. Arxada əyləşən sərnişinlər üçün əlavə iki ədəd USB-giriş və ikitərəfli tekstil ayaqaltılar sifariş oluna bilər.

Mühərrik qammasına gəldikdə isə, Fabia modeli dörd benzin tipli, 3 silindirli, həcmi 1,0 l. olan mühərriklər ilə müştərilərə təqdim olunacaq. Atmosfer variantlı mühərriklərin gücü 60 və 75 at g., TSI ailəsinin turbo mühərriklərinin gücü isə - 95 və 110 at g. olacaq. Sürət qutuları uyğun olaraq 6-pilləli mexaniki və ya 7- pilləli DSG olacaq.

 https://www.facebook.com/skoda.azerbaycan/videos/2064016086971944/


Новости и События