Yeni maşının yaranması
Dizayn üzrə araşdırmalar və konsepsiya maşınları dizaynerlərin yeni maşın seriyası işləyib hazırlamasında ilham mənbəyi kimi çıxış edir. Bu, yeni modelə aparan yolda atılan ilk addımlardır.
Nəyisə yaratmaq sadəcə hissələri birləşdirməkdən ibarət deyil. Dizayn dəyərin, mənanın olmasını təmin edir. Buna görə də avtomobillərimizin görünüşü ilk baxışda təsəvvür etdiyinizdən daha çox şeyi əhatə edir. 125 ildən çox təcrübədən ilhamlanaraq və yeniliklərə can atmaqla biz unikal kristal görünüşlü, emosional, lakin qüsursuz funksional dizayn təqdim etməyə qadirik. Biz zəmanət veririk ki, siz bir daha ŠKODA-ya eyni gözlə baxmayacaqsınız.
Avtomobil dizaynında fikirlər materiyaya çevrilir. ŠKODA-nın dizaynında materiya və material ilham mənbəyidir. Yeni modellərin görünüşü ən çox Bohemia kristalından ilhamlanmışdır. Dizaynı brendin irsinə və onun çex köklərinə sadiq saxlamaq ŠKODA modellərini funksiya və üslubun mükəmməl ahənginə çevirir.
Dizayn üzrə araşdırmalara dizaynerlərin ŠKODA avtomobillərinin gələcək formaları və funksiyaları ilə bağlı ideyalarının reallaşdırılması daxildir. Onlar ŠKODA markasının dizayn dilinin hansı istiqamətdə gedəcəyini və gələcək nəsillərdə tipik vizual elementlərinin necə görünəcəyini göstərir.
Dizayn üzrə araşdırmalar və konsepsiya maşınları dizaynerlərin yeni maşın seriyası işləyib hazırlamasında ilham mənbəyi kimi çıxış edir. Bu, yeni modelə aparan yolda atılan ilk addımlardır.
Dəqiqlik və aydınlığa xüsusi diqqət yetirildiyi dizaynı yaratmaq üçün ahəngdar proporsiyalar, dəqiq xətlər, seçilən konturlar və kristal xüsusiyyətlər birləşdirilir.
Birinci dərəcəli sənətkarlıq, hər istiqamətdə geniş yer və dahiyanə “Simply Clever” (Sadəcə dahiyanə) detalları. Beləcə SKODA interyerlərinin əsas atributlarının hamısına xülasə vermək olar.