GƏLƏCƏYİ İNŞA ETMİŞ KEÇMİŞİMİZ VAR

1895-ci ildən bu günə qədər proqressiv avtomobillər istehsal edirik. Modellərimiz hər zaman öz dövrünü qabaqlayıb. Bu qabaqcıl ruh əvvəlcə velosipedlərdə, sonra motosikletlərdə və son olaraq, avtomobillərdə öz ifadəsini tapdı. Bu, son 126 ildə ixtiraçılıqdan irəli gələn dizayn, funksiya və yeniliyin kəsişməsinə olan bağlılığımızdır.

ŠKODA-NIN 125 İLİ

ŠKODA-nın məşhur tarixini araşdırın. İkonik avtomobillər, onların dizaynerləri, mərhələlər və texnoloji yeniliklər - bütün bunlar və daha çoxu şirkətin şanlı tarixini formalaşdırdı.

BAŞQALARINA BƏNZƏMƏYƏN TARİXÇƏ

Bizimlə birlikdə SKODA şirkətinin 1895-ci ildən bu günə qədər olan yaddaş zolağında maraqlı səyahətə çıxış və onun möhtəşəm avtomobillər və maraqlı anlarla dolu zəngin irsini kəşf edin.

SÜKAN ARXASINA KEÇİN

Vintaj ŠKODA-da gəzintiyə çıxın. Bizimlə birlikdə keçmişə səyahət edin və L&K ŠKODA 110-un sükanı arxasında əyləşin. Tarixi Praqada xoş gəzinti sizi gözləyir, burada sadəcə əyləşdiyiniz avtomobil haqqında deyil, eləcə də, bir çox başqa şey haqqında maraqlı məlumatlar əldə edəcəksiniz.

QURUCU ATALARIMIZ

Václav Laurin və Václav Klement arasındakı mənəvi ortaqlıq və ortaq müəssisələrinin qurulması şirkətimizin uğur hekayəsinin əsasını qoydu.

LAURIN VƏ KLEMENT

ŠKODA hekayəsi 1895-ci ildə qurucularımız Vaclav Laurin və Vaclav Klement ilə başladı. Adları və velosiped sürmək sevgisindən başqa onların bir ortaq xüsusiyyəti də var idi: güclü ixtiraçılıq ruhu.

ŠKODANI FORMALAŞDIRAN ƏSAS MƏRHƏLƏLƏR

Mövcud olduğumuz müddət ərzində bizi hərəkətə gətirən və hansı yolu tutmalı olduğumuz diktə edən bir neçə böyük nailiyyətlər olmuşdur. Bizimlə birlikdə onlara nəzər yetirin.

100 İLDƏN ÇOX YARIŞ

1895-ci ildə Mladá Boleslavda istehsal başladıqdan sonra şirkət dünyaya bir çox yarış əfsanələri, unudulmaz qələbələr və unudulmaz maşınlar təqdim etdi. ŠKODA-nın yarış tarixindəki vacib mərhələlərə nəzər salın.

ƏTRAFLI

İXTİRAÇILIĞIMIZIN SİMVOLU

Kapotunda qanadlı oxu olan hər bir avtomobil uzunmüddətli yenilik ənənəsinə qürurla qoşulur. ŠKODA loqotipinin özü də zamanla dəyişdi. Onun zaman keçdikcə necə təkmilləşdiyinə nəzər yetirin..

MÜASİR TARİX MODELLƏRİ

ŠKODA -nın müasir tarixi Volkswagen Group-a qoşulduğu 1991-ci ildən başlayır. O vaxta qədər ilk müasir modeli olan FAVORIT artıq satışda idi və markanın müasir avtomobillərin uğurlu istehsalçısına keçidi başlamışdı. İllər ərzində istehsal olunan bu və digər modelləri araşdırın.